Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli, 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası Dövlət Proqramı”nın 5.2.18-ci yarımbəndinə və “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Abşeron RİH-də növbəti könüllü fəaliyyəti üçün qeydiyyat başlayır.
Abşeron RİH-də könüllü fəaliyyətin əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:
Könüllülük fəaliyyəti 3 ay müddəti üçün nəzərdə tutulub.
Müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Abşeron RİH tərəfindən xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaqdır.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
* İntizamlılıq;
* Xoşrəftarlılıq;
* Ünsiyyətcillik;
* Operativlik;
* Kollektivdə işləmək bacarığı;
* Təşkilatçılıq;
* Təşəbbüskarlıq;
* Məsuliyyətlilik;
* Kompüter bacarığı.
Müraciət üçün:
Könüllülər sırasına qoşulmaq istəyən gənclər öz CV-ni (tərcumeyi-hal) rayon İcra Hakimiyyətinin rəsmi elektron poçtuna, [email protected] göndərə bilərlər.
Əlaqə nömrəsi: (+99412) 342-05-35, (+99412) 342-88-46, (+994 55) 951-81-81
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb