Bazar ertəsi, 12 May, 2025

ABB – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!


  • Dərc edildi: 4 İyun, 2024 - 20:29
ABB – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!

ABB – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!


Bankımız “ABB Rəqəmsal Maarifləndirmə” təcrübə proqramını davam etdirir!
Gənclərin inkişafına xüsusi diqqət göstərən Bankımız tələbələrə, yaxud ali təhsilini yeni bitirmiş gənclərə uğurlu karyera imkanları yaradır. Belə ki, onlar “ABB Rəqəmsal maarifləndirmə” proqramında iştirak edərək ABB-də təcrübə qazanma fürsəti əldə edəcəklər.


Namizədlər aşağıda sadalanan keyfiyyətlərə malik olmalıdırlar:

 


· Çeviklik
· Təşəbbüskarlıq
· Həvəslilik
· İşgüzarlıq
· Gülərüzlük
· Məsuliyyətlilik
· Ünsiyyətcillik


Hədəfimiz 3-6 ay ərzində gənclərimizə şəxsi inkişaf məqsədlərinə çatmağa və gələcək karyera imkanlarını genişləndirməyə kömək etməkdir. Onlar asudə vaxtlarını səmərəli idarə edərək, əmək vərdişlərini, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərini, liderlik və sosyal bacarıqlarını inkişaf etdirə biləcəklər.
Göstərilən tələblərə cavab verən namizədlər careers.abb-bank.az saytında qeydiyyatdan keçərək təcrübə proqramına müraciət edə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 323
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 752
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 385
Xaricdə təhsil almaq...