Bazar, 11 May, 2025

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) aşağıdakı vəzifələri üzrə vakant yerlər elan edir


  • Dərc edildi: 29 Aprel, 2023 - 23:32
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) aşağıdakı vəzifələri üzrə vakant yerlər elan edir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həkim-ümumi cərrah, şüa diaqnostikası üzrə həkim, həkim-anestezioloq-reanimatoloq, həkim-mama-ginekoloq, həkim-neonatoloq, həkim-kardioloq, həkim-infeksionist, həkim-endokrinoloq, həkim-onkoloq, həkim-travmatoloq-ortoped, həkim-qastroenteroloq vəzifələri üzrə vakant yerlər elan edir.

İş yeri:

▪️Naftalan Şəhər Mərkəzi Xəstəxanası.

Əməkhaqqı:

Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

 Müraciət qaydası:

Vakansiya üzrə müraciət iki formada edilə bilər:
1. Qeyd olunan linkdə şəxsi məlumatlarınızı qeyd edərək:
https://forms.gle/QBVSnM6dCTwPgMGN6

2. CV və aşağıda qeyd olunan sənədlərin nüsxələrini [email protected] ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd edərək göndərə bilərsiniz.

2-ci bənd üzrə tələb olunan sənədlər:

Şəxsiyyəti təsdiq edən sənədin surəti;
Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).

 Son müraciət tarixi: 26.05.2023

 Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

 TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.

Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...