Bazar, 11 May, 2025

“İş Klubu 10” layihəsinə qeydiyyat başladı


  • Dərc edildi: 27 Aprel, 2023 - 17:55
“İş Klubu 10” layihəsinə qeydiyyat başladı

“İş Klubu 10” layihəsinə qeydiyyat başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən keçirilən “İş Klubu” layihəsinin sayca 10-cu görüşünə qeydiyyat başladı. Layihəyə məzunlar, işsiz və işaxtaran şəxslər müraciət edə bilərlər.

 

İki həftə davam edəcək layihə müddətində peşəkar ekspertlər tərəfindən iştirakçılara “Karyera planlaması”, “Əmək bazarının tələbləri”, “İş məqsədlərinin təyini”, “Effektiv CV hazırlığı”, “İstək məktubunun yazılma forması”, “Müsahibəyə hazırlıq qaydaları”, “İş axtarış alətləri ilə tanışlıq”, “İş təklifinin analizi” kimi mövzular ətrafında təlimlər keçiriləcək.
 

Layihədə iştirak etmək üçün müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.


Son müraciət tarixi: 03 may 2023-ci il

 

Layihənin başlama tarixi: 10 may 2023-ci il

 

Qeydiyyat linki: https://forms.gle/Sy6XCMPozPkfutkY6

 

Əgər sən də işi harada və necə axtaracağını bilmirsənsə, karyera planlaması istiqamətində dəstəyə ehtiyacın varsa, bu layihə məhz sənin üçündür!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...