Bazar, 11 May, 2025

Şagirdlərin inkişaf platforması layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 13 Oktyabr, 2022 - 20:25
Şagirdlərin inkişaf platforması layihəsinin açılış mərasimi keçirilib

13 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olmuş Xaçmaz rayonu Armudpadar kənd ümumi orta məktəbin informatika müəllimi Sevda Məmmədovanın Şagirdlərin inkişaf platforması layihəsinin açılış mərasimi keçirilib.
Açılış Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyində baş tutmuşdur.
Açılışda Quba-Xaçmaz Rayon Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Nəsirova Röyalə, Xaçmaz rayon təhsil sektorunun Riyaziyyat və İnformatika üzrə metodisti Bədəlov Azad həmçinin, şagirdlər və layihənin ekspert qrupu iştirak etmişdir.
Qeyd edək ki, Layihənin məqsədi “inkishaf.az” platformasını yaradaraq, yerləşdirilmiş kurslar vasitəsilə şagirdlərin yumşaq bacarıqlarının inkişafına dəstək olmaqdır.
Layihənin rəhbəri Sevda Məmmədova layihənin məqsədi, vəzifələri və icra planı haqqında qonaqlara ətraflı məlumat verib.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Bu görüşlərin məqsədi layihə və onun mərhələləri haqqında məlumatlandırmadır.
Layihə sentyabrın 15-dən fevralın 15-dək davam edəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 317
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 738
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 381
Xaricdə təhsil almaq...