Bazar, 11 May, 2025

DİM yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üçün xarici dil və Azərbaycan dili (dövlət dili kimi) üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edir.


  • Dərc edildi: 7 Dekabr, 2022 - 11:04
DİM yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üçün xarici dil və Azərbaycan dili (dövlət dili kimi) üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edir.

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üçün xarici dil və Azərbaycan dili (dövlət dili kimi) üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edir.

Maraqlanan şəxslər xarici dil üzrə fənn kurikulumunu bilməli, orta məktəb dərs vəsaitləri ilə dərindən tanış olmalı və dil biliyinin qiymətləndirilməsində istifadə olunan dillər üzrə Ümumavropa çərçivə sənədindən (CEFR) xəbərdar olmalıdırlar.

Dil bacarığını göstərən beynəlxalq sertifikatın (IELTS, TOEFL, APTIS, Cambridge English Qualifications, Delf, Dalf, TesDaf, Telc Deutsch, Goethe-Institut, ТРКИ) olması arzuolunandır. Müraciət etmək istəyən mütəxəssislərin “CV” və müvafiq xarici dil üzrə sertifikatı göstərilən elektron ünvana göndərmələri xahiş olunur: [email protected].

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 315
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...