Bu barədə SABAH qruplarının İcra Komitəsindən "Azərbaycan müəllimi"nə xəbər verilib. Bildirilib ki, müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin müəyyən ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I semestrin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları və SABAH qruplarına tələbələrin seçimi qaydalarına (7.3 bəndinə) əsasən yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilərlər.
Qeyd edək ki, SABAH qruplarına üç mərhələdən ibarət (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) seçim müsabiqəsinin I mərhələsində iştirak etmək üçün müvafiq elektron ərizə doldurulmalıdır. Elektron ərizəni doldurmazdan əvvəl əlaqədar “Təlimat”la və “SABAH qruplarına tələbələrin seçimi qaydaları” ilə tanış olmağınız tövsiyə olunur.
Qeydiyyat üçün aşağıda göstərilmiş "Elektron ərizəyə" keçid etməyiniz tələb olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb