Öyrətdiyimiz bilikləri şagirdlərin necə mənimsədiyini aşkarlamaq üçün onlara müəyyən suallar veririk. Elə suallar var ki, onlar artıq qəlibləşib. Amma bu suallar quruluşuna görə səhvdir. Yəni eşitmək istədiyimiz cavabla verdiyimiz sual tərs mütənasiblik təşkil edir. Keçək həmin suallara:
Bu suala uşaqlar cavab olaraq “yaşıl” cavabını verirlər və biz bu cavabla qane olub doğru hesab edirik.
1 ildə 4 fəsil var. Hər fəsilin xarakterik xüsusiyyətlərindən aslı olaraq yarpaqların rəngi sarı, yaşıl, qəhvəyi, qırmızı ola bilir. Ona görə də suallar belə olmalıdır;
Şagirdlərə hər fəslin xarakterik xüsusiyyətlərin öyrədirik. Yayda isti olur, qışda soyuq və.s. Bəli, bu xarakterik xüsusiyyətlər mövcuddur. Amma biz iqlim dəyişikliyinin nə olduğunu yaşa uyğun olaraq şagirdlərə izah etməliyik.
Müəllim deyir: Yağış ancaq yaz və payız aylarında yağır.
Uşaq isə yayda bu təbiət hadisəsi ilə rastlaşanda təəccüblənir. “Axı indi yaydır?”
Ona görə də bu sualı belə versək doğru olar;
Uşaq:
Hər ölkənin özünəməxsus iqlimi, heyvanları və adətləri var. Afrika və Hindistanda filləri və meymunları ev heyvanı kimi bəsləyirlər.
Ona görə də mövzu izah olunarkən uşaqlara bu istisnalar haqqında məlumat verilməlidir.
Sualı belə qoysaq daha məqsədə uyğun olar:
QEYD: evdə saxlanan heyvanlarla, fermada saxlanan heyvanlar fərqlidir. Ferma heyvanları məhsul əldə etmək üçün, evdə saxlanan heyvanlar isə zövq üçün saxlanılır. Amma biz uşaqlara “Ev heyvanları hansılardır?” sualını verdikdə ferma heyvanlarını nəzərdə tuturuq.
Təbiətdə ev pişiklri ilə yanaşı vəhşi pişiklərdə var. Ona görə də uşaqlara izah etmək lazımdır ki, yaşayış tərzinə görə heyvanların xarakteri formalaşır və ya dəyişir. Məsələn:
Toyuq quşdur, amma uçmur. Çünki, yem axtarmaq və yuva tikmək kimi məcburiyyətləri yoxdur. Ona görə də nəsil dəyişdikcə uçmaq qabiliyyətini zamanla itirmişdir.
Pişik və itlərdə ət yeyir onda belə çıxır ki, bu heyvanlarda vəhşidir.
əslində “vəhşi” sözünün əsl mənası öz-özünə, başlı-başına böyüyən deməkdir. Yəni onlara heç kim ev tikmir, heç kim yemək vermir. Onlar özü-özlərini təmin edir. Ona görə də “meşə heyvanları”, “yırtıcı” sözlərini yerinə uyğun işlətmək lazımdır. Meşədə yaşayan bütün heyvanlar vəhşidir. Ət yeyən heyvanlar isə “yırtıcı”dır.
Əslində hər cavaba uyğun doğru sual var.
Bu sualları tərəvəzlərin üzərinə də köçürmək olar.
Qarpız və yemiş bostanda əkilir. Amma biz uşaqlara onların meyvə olduğunu öyrədirik. Qarpız və yemiş bitkilər sinifinin giləmeyvə qrupuna daxildir.
Cavab: kartof, soğan, sarımsaq, yerkökü, çuğundur, turp
Bütün bitkilər torpaqda əkilir. Torpaq qazılır, şumlanır, toxum səpilir. Yəni bütün bitkilər torpağın altında bitir. Yəni, doğru sual belə olmalıdır:
Bəzi uşaqlar nənə-babası və ya xala-bibisi, dayı-əmisi ilə bir evdə yaşayır. Ona görə də bu ifadə onlarda çaşqınlıq yaradır. “Ailə” dedikdə onlarında adını çəkirlər. Deməli uşaqlarımıza ailə, yaxın qohum, uzaq qohum anlayışlarını doğru izah etmək vacibir.
Düzgün verilən suallar uşaqlarda məntiqi, oxşar və fərqli cəhətləri ayırd etmə keyfiyyətləri formalaşdırır. Bununla uşaqlarda müqayisə etmə, analiz etmə qabiliyyəti formalaşır. Ümumiyyətlə bilik o zaman savada çevrilir ki, bildiklərimizi analiz-sintez etmə bacarığına yiyələnirik. Təhsilində əsas məqsədi savadlı şəxsiyyətlər yetişdirməkdir.
Əfsanə İspəndiyarova (Əfsanə Laçın)
Kaspi uşaq bağçası Ağ şəhər filyalı- Baş müəllim / uşaq yazıçısı

Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb