Şənbə, 10 May, 2025

Təhsil İnstitutunun İnsan resursları şöbəsi baş mütəxəssis (yarımştat) vəzifəsi üzrə vakansiya elan edir!


  • | Dərc edildi: 23 Aprel, 2025 - 21:57
Təhsil İnstitutunun İnsan resursları şöbəsi baş mütəxəssis (yarımştat) vəzifəsi üzrə vakansiya elan edir!

Azərbaycan Respublikasının Təhsil İnstitutunun İnsan resursları şöbəsi baş mütəxəssis (yarımştat) vəzifəsi üzrə vakansiya elan edir!

 

 Vəzifə öhdəlikləri:
• İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
• Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsinin rəsmiləşdirilməsi, elektron portala qeydiyyata almaq;
• Məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsi, onların uçotunun aparılması, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
• Aylıq tabeli hazırlamaq;
• İşə qəbul prosesinin icra etmək (CV bazasının idarə olunması, iş elanlarının hazırlanması, müsahibələrin təşkili);
• Vəzifəsi daxilində İR ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• Dövlət orqanları və rəhbərlik üçün hesabatlar hazırlamaq və təqdim etmək;
• Şöbədə sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;

Tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsi haqqında yüksək bilik;
• Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı, rus dili biliyinin olması üstünlükdür;
• MS Office (Word, Excell, PowerPoint);
• 1 C proqamında sərbəst işləmək bacarığı;
• Kommunikasiya və idarəetmə bacarıqları.

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 13:00-dək

İş yeri: Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 5 may tarixinədək CV-lərini [email protected] elektron poçt ünvanına “İnsan Resursları üzrə baş mütəxəssis (yarımştat)” başlığı altında göndərmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...