Bazar, 11 May, 2025

MHBS əsasında hesabatlıq şöbəsində aparıcı/baş mütəxəssis vakansiyası


  • Dərc edildi: 7 İyun, 2023 - 01:49
MHBS əsasında hesabatlıq şöbəsində aparıcı/baş mütəxəssis vakansiyası

“Bank Respublika” ASC Maliyyə Departamentinin MHBS (Maliyyə hesabatlarının beynəlxalq standartları) əsasında hesabatlıq şöbəsinə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Bank və onun konsolidasiya olunan törəmə müəssisələrinin maliyyə hesabatlarını MHBS-ə uyğun olaraq və həmçinin bankdaxili qaydalara əsasən təhlil edir, MHBS əsasında hesabatların tərtibi məqsədi ilə onları yoxlayıb qəbul edir, MHBS-ə uyğun hesabatları hazırlayır;
  • Bankda aparılan kənar audit zamanı auditorlarla iş prosesində sıx əməkdaşlıq edir, kənar auditorlarla bankın aidiyyatı struktur bölmələri arasında əlaqələndirmə işləri aparır, işlərin müqavilə üzrə nəzərdə tutulmuş tarixlərdə təhvilinə nəzarəti həyata keçirir, audit rəyinin  və MHBS əsasında yekun maliyyə hesabatlarının hazırlanmasında yaranan bütün sualların aradan qaldırılmasında dəstək göstərir, müvafiq düzəliş faylları və qeydlərini (disclosures) hazılayır;
  • MHBS-də aparılan hər hansı əlavə və dəyişiklikləri nəzərə alır, bununla bağlı aidiyyatı şəxsləri məlumatlandırır.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil;
  • ACCA sertifikatları (Financial Accounting, Financial Reporting, Financial Managment);
  • MHBS əsasında hesabat hazılanması ilə bağlı iş təcrübəsi;
  • Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
  • SQL və “Data management”-ə aid sair bacarıqlar üstünlükdür;
  • Analitik qabiliyyətlər;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 iyun 2023-cü il tarixinədək, email-in mövzu hissəsində MHBS əsasında hesabatlıq şöbəsinə aparıcı/baş mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 315
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...