Şirkətimizdə mövcud aktiv vakansiyanın vəzifə öhdəliklərini və tələbləri nəzərinizə çatdırmaq istərdik.
Vəzifə öhdəlikləri:
Biznesin performansını anlamaq üçün hesabatlar, tablolar və vizualizasiyaların yaradılması;
Maliyyə hesabatlarının təhlili;
Kateqoriya meneceri ilə məhsul analizində birgə əməkdaşlıq etmək;
Satış rəhbərləri ilə satış analizində əməkdaşlıq etmək;
Fəaliyyət Sahəsi üzrə hesabat standartları, tendensiyalar və ən yaxşı təcrübələr haqqında cari məlumatların toplanması və rəhbərliyə təqdim edilməsi;
Müştəri məlumatlarının fərqli hədəflər üzrə təhlili;
Bazar və rəqiblər barədə olan araşdırmaların müqayisəli təhlili;
Rəhbərliyinə aylıq, rüblük və. s. biznes hesabatların təqdim edilməsi;
Tələblər:
Ali Təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Edilməsi);
Biznes analitika və Maliyyə analizi üzrə iş təcrübəsi;
Riyazi təfəkkürlü;
Analitik düşüncə qabiliyyətli;
Zamanın düzgün idarəedilməsi və parallel tapşırıqların icrası;
Diqqətli və məsuliyyətli
Maraqlanan namizədlər CV-lərini vəzifə adını yazaraq qeyd edilən ünvana göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb