Şənbə, 10 May, 2025

TKTA Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir


  • Admin:
  • | Dərc edildi: 22 Fevral, 2024 - 11:17
TKTA Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir

Tələblər:

1. Ali təhsil;

2. Ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı sahəsində ən azı 2 (iki) il iş təcrübəsi;

3. Ali təhsil müəssisələrində təlim və tədris prosesinin təşkili və idarə olunması üzrə ən azı 4 il təcrübə;

4. Təhsilin yerli qanunvericilik bazası haqqında biliklərə sahib olmaq;

5. Təhsildə keyfiyyət təminatı üzrə beynəlxalq təcrübə haqqında, bu sahədə yeni çağırışlar və trendlər haqqında məlumatlı olmaq;

6. Azərbaycan dilində səlist danışıq və yazı qabiliyyətləri ilə yanaşı, ingilis dilini C1 səviyyəsinə uyğun bilmək;

7. Təhsil sahəsində yerli və beynəlxalq məlumatları təhlil etmək və müvafiq metodoloji sənədləri hazırlamağı bacarmaq;

8. İşgüzar şifahi və yazılı ünsiyyət, təqdim etmə bacarıqları, komandada işləmək və yeniliklərə açıq olmaq;

9. Komputer bilikləri (MS Office)

 

Məsuliyyətlər

1. Təlim və metodoloji istiqamətlər üzrə daxili normativ bazanı hazırlamaq, zəruri hallarda təlim və metodoloji sənədlərin yenilənməsi və dəyişilməsi barədə təkliflər vermək;

 

2. Təhsil müəssisələri üçün təlimlərin və digər maarifləndirici xidmətlərin göstərilməsi prosesinin təşkilində iştirak etmək və işlərin gedişatına nəzarət etmək;

 

3. Təhsil müəssisələrinin fəaliyyətini, bu barədə hazırlanan tövsiyələri, hesabatları və təhsil müəssisələrindən daxil olan müraciətləri nəzərdən keçirərək təhsil müəssisələri üçün təlimlər, maarifləndirici tədbirlər və inkişaf planları ilə bağlı təkliflər hazırlamaq;

 

4. Keyfiyyət təminatı və akkreditasiya prosesi üzrə ekspert bazasının qurulmasında iştirak etmək və seçilmiş ekspertlər üçün müvafiq təlimlər təşkil etmək;

 

5. Beynəlxalq təcrübələri araşdıraraq və təhsil müəssisələrinin fəaliyyətini nəzərdən keçirərək onların təlim ehtiyaclarını müəyyənləşdirmək və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində inkişaf planları barədə təkliflər hazırlamaq;

 

6. Keçiriləcək müxtəlif təlimlər və maarifləndirici tədbirlər barədə müvafiq materialların hazırlanmasını təmin etmək;

 

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00

Son müraciət tarixi 07.03.2024

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə vəzifənin adını qeyd etməklə göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 730
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...