“Huma Quşu” Təhsilə Yardım Fondu tərəfindən Azərbaycanda və xaricdə bakalavr, magistr, PhD təhsili alan və ya almaq istəyən şəxslər üçün Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsi elan edilir.
Müsabiqədə uğur qazanacaq 3 şəxs hər biri 2500 AZN məbləğindəki təqaüdlə mükafatlandırılacaq.
M ü s a b i q ə n i n ş ə r t l ə r i
Təqaüd üçün kimlər müraciət edə bilər?
Azərbaycanda və xaricdə yaşayan Azərbaycan vətəndaşları;
Müraciət etdikləri vaxt 𝟏𝟔-𝟑𝟓 yaşı olan şəxslər;
Yüksək təhsil nəticələrinə malik olanlar (𝟒.𝟎 GPA üzərindən 𝟑.𝟐 bala malik və ya 𝟏𝟎𝟎 ballıq sistemdə ən az 𝟖𝟓 bal toplayanlar);
Ailə üzvlərinin gəliri adambaşına 𝟓𝟎𝟎 𝐀𝐙𝐍-dən az olanlar (maliyyə sənədlərini təqdim etməklə).
Təqaüdə necə müraciət etmək olar?
Ərizələri “Huma Quşu” Fondunun saytından (https://humagushu.az/az/Apply) yükləmək mümkündür.
Onlayn müraciət formatında cavabların “saxlanılması” üçün onları əvvəlcədən hazırlayıb müraciət formasını doldura bilərsiniz - https://humagushu.az/az/essay
Sualların cavablandırılması ilə yanaşı [email protected] elektron poçt ünvanına (mövzu hissəsinə təqaüdün adını yazmaqla) aşağıdakı sənədlərin göndərilməsi tələb olunur:
1. Ən yeni qiymət cədvəli
2. Azərbaycan və ya ingilis dillində, yerli və ya xarici müəssisədən iki tövsiyə məktubu
3. Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və/və ya iş yerindən arayış (əməkhaqqı göstərilməklə)
4. Ailə tərkibi haqqında arayış
5. Təhsil xərclərini qarşılamaq üçün lazım olan vəsait (https://t.ly/rzJBp)
Sənədlər olmadan edilən onlayn müraciətlər 𝐧𝐚𝐭𝐚𝐦𝐚𝐦 hesab olunacaq.
E-ərizələrin son təqdimetmə tarixi: 𝟐𝟓 𝐝𝐞𝐤𝐚𝐛𝐫 𝟐𝟎𝟐𝟒-𝐜ü 𝐢𝐥
𝐒𝐞ç𝐢𝐦 𝐦ə𝐫𝐡ə𝐥ə𝐥ə𝐫𝐢:
• Təqdim olunan müraciət və sənədlərin müzakirəsi
• İntervü
• Qaliblərin elan olunması
Qeyd edək ki, təqaüd müsabiqəsinin seçim mərhələlərini fondumuzun rəsmi saytından izləyə bilərsiniz. Müraciət prosesi barədə əlavə məlumat üçün [email protected] ünvanına yaza bilərsiniz.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb