Bazar, 11 May, 2025

Dövlət Məşğulluq Agentliyi ilə özəl tədris müəssisələrinin birgə əməkdaşlığı çərçivəsində peşə hazırlığı kurslarının təşkilinə başlanılır


  • Dərc edildi: 5 Noyabr, 2022 - 11:34
Dövlət Məşğulluq Agentliyi ilə özəl tədris müəssisələrinin birgə əməkdaşlığı çərçivəsində peşə hazırlığı kurslarının təşkilinə başlanılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə özəl tədris müəssisələrinin birgə əməkdaşlığı çərçivəsində peşə hazırlığı kurslarının təşkilinə başlanılır.

 Qeyd olunan peşə və ixtisaslar üzrə hazırlıq kurslarına müraciət etmək istəyən işsiz şəxslər aşağıdakı meyarlara cavab verdikləri halda peşə hazırlığına müraciət üçün Bakı şəhəri üzrə DOST mərkəzlərinə, regionlar üzrə Regional Məşğulluq filiallarına müraciət edə bilərlər.

 Meyarlar:

 18-35 yaş arası;

 Minimum orta təhsilli;

 Səlis Azərbaycan dili.

 Kursa müraciət edən şəxslər ilkin olaraq peşə uyğunluğu və məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə müsahibəyə cəlb olunacaq, daha sonra isə uyğun namizədlərin kurs üçün qeydiyyatı aparılacaq.

 Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursu müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasında dəstək göstəriləcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 737
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...