Barista olmaq istəyirsiniz?
Elə isə ÖDƏNİŞSİZ TƏHSİL, İŞ İMKANI sizi gözləyir!
Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan Barista peşə hazırlığı kursunda iştirak edərək gələcəyinizi bu sahədə qura bilərsiniz.
Əsas şərtlər:
DMA-da işsiz kimi qeydiyyatda olmaq.
Proqrama kimlər müraciət edə bilər?
1. Rəsmi iş yeri olmayan şəxslər;
2. Yaş həddi: 18-30;
3. Hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
Peşə hazırlığı dövründə işsiz şəxslərə aylıq minimum əmək haqqı məbləğində təqaüd ödəniləcək.
Kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat veriləcək və onların işlə təmin olunmasına dəstək göstəriləcək.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb