Şənbə, 10 May, 2025

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək


  • Admin:
  • | Dərc edildi: 21 Sentyabr, 2022 - 12:16
“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək
Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi ikinci dəfə açıq suda kütləvi üzmə yarışı keçirəcək. Qeyd edək ki, açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil edilir.
Oktyabrın 1-də Kür çayının iki sahili arasında təşkil ediləcək “Kürü keçək?!” adlı üzmə yarışında ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 15 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Qeyd edək ki, nazirlik ilk dəfə açıq suda üzmə yarışını “Xəzər dalğası” adı altında təşkil etmişdi. Bu dəfə yarış Mingəçevir şəhərində, Kür çayında peşəkarlar və həvəskarlar arasında təşkil ediləcək.
Yarışda iştirak üçün öncədən qeydiyyatdan keçmək lazımdır. Bunun üçün heç bir ödəniş tələb olunmur. Yerlər məhduddur və iştirakçı sayı nəzərdə tutulmuş say həddinə çatdıqda qeydiyyat dayandırılacaq.
Yarışa qoşulmaq üçün 29 sentyabr 2022-ci il tarixədək [email protected] elektron poçtuna aşağıdakı məlumatları göndərmək tələb olunur:
- Ad, soyad, ata adı;
- Təvəllüd;
- Əlaqə telefonu;
- Şəxsiyyət vəsiqəsi (PDF və ya JPEG formatında).
Əlavə məlumat üçün: 055-522-04-44

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 304
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 718
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 368
Xaricdə təhsil almaq...