Şənbə, 10 May, 2025

Türkiyə-Azərbaycan Universitetində Maliyyə və təsərrüfat şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edilir


  • Admin:
  • | Dərc edildi: 8 May, 2025 - 00:04
Türkiyə-Azərbaycan Universitetində Maliyyə və təsərrüfat şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edilir

Türkiyə-Azərbaycan Universitetində (TAU) Maliyyə və təsərrüfat şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edilir. 

 

Tələblər:

 

· Ali təhsil: Maliyyə, mühasibat uçotu, biznesin idarə edilməsi, iqtisadiyyat və ya oxşar sahədə;

· İş təcrübəsi: Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi (təhsil müəssisəsində  təcrübəyə üstünlük verilir)

· Mühasibat uçotu, maliyyə və təsərrüfat sahəsində rəhbərlik təcrübəsi olması üstünlükdür.

 

Bilik və bacarıqlar:

 

· Mühasibat uçotu və maliyyə menecmenti sahəsində dərin biliklər;

· Vergi və əmək qanunvericiliyi üzrə biliklər;

· İnsan resursları idarəetməsi və əmək münasibətləri haqqında anlayış;

· Satınalma, logistika və təsərrüfat işlərinin təşkili üzrə təcrübə;

· Daxili nəzarət və audit prosedurlarını bilmək;

· Analitik düşüncə və strateji planlaşdırma bacarığı;

· Effektiv ünsiyyət və problemləri həlletmə bacarığı;

· İdarəetmə və komanda rəhbərliyi üzrə təcrübə;

· İqtisadi hesabatlar hazırlamaq və maliyyə risklərini təhlil etmək bacarığı;

· Ofis proqramlarından və mühasibat uçotu proqramlarından istifadə bacarığı;

· Azərbaycan dili və Türkiyə türkcəsində danışıq və yazı bacarığı (ingilis dili üstünlükdür). 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 22.05.2025

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 728
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 375
Xaricdə təhsil almaq...