Şənbə, 10 May, 2025

Şagirdlər üçün BilBacar müsabiqəsinə start verilir


  • | Dərc edildi: 15 Oktyabr, 2024 - 16:05
Şagirdlər üçün BilBacar müsabiqəsinə start verilir

Şagirdlər üçün BilBacar müsabiqəsinə start verilir

 

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BilBacar müsabiqəsinə start verilir. Müsabiqə respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdlərini əhatə edir.

Müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq və eyni zamanda, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir.

Müsabiqə çərçivəsində VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda tətbiq etmə qabiliyyətinin artırılması hədəflənir. 

Onlayn qeydiyyat www.bilbacar.edu.az saytı vasitəsilə aparılır. Şagirdlər iştirak üçün sayt vasitəsilə və ya məktəb koordinatoruna müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, iştirak ödənişsizdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...