Vəzifə öhdəlikləri:
· Nəqliyyat vasitələrinin marşrutlarını və cədvəllərini planlaşdırmaq, optimallaşdırmaq və vaxtında icrasını təmin etmək;
· Resursları səmərəli şəkildə idarə edərək nəqliyyat vasitələrinin və xidmətlərinin effektiv istifadəsini təmin etmək;
· Nəqliyyat vasitələrinin hərəkətini izləmək, anomaliyaları müəyyən edib, həll etmək;
· Şəhər daxilindəki küçələri yaxşı tanıyaraq düzgün marşrutlar təyin etmək və nəqliyyat fəaliyyətlərini davamlı olaraq izləyib, müvafiq qeydləri aparmaq;
· Hesabatların hazırlanıb müvafiq şəxslərə təqdim edilməsi.
Tələblər:
· Bəy namizədlərə üstünlük verilir;
· Ali təhsil;
· Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
· MS Excel proqramında sərbəst işləmək bacarığı;
· Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili biliyi üstünlükdür;
· Yüksək ünsiyyət bacarığı;
· Qərarvermə və təşkilatçılıq bacarığı;
· Komanda ruhu və əməkdaşlıq bacarığı.
İş şəraiti:
· İş qrafiki: 09:00-18:00;
· Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
· Ünvan: Yeni Həyat Plaza.,Zərifə Əliyeva 55.
Uyğun namizədlərdən CV-lərini “Dispetçer” başlığı altında [email protected] ünvanına göndərməkləri xahiş olunur
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb