Bazar, 11 May, 2025

“Vəkil olmaq istəyirəm” adlı yay məktəbi keçiriləcək


  • Dərc edildi: 15 İyun, 2023 - 02:26
“Vəkil olmaq istəyirəm” adlı yay məktəbi keçiriləcək

II Yay Məktəbi

Ötən il təşkil edilən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinin hüquqşünas tələbələr arasında böyük marağa səbəb olduğunu nəzərə alaraq tələbələrin yay tətilinin səmərəli keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə cari ilin iyul ayında eyni adlı yay məktəbi yenidən təşkil ediləcəkdir.


 

Məktəbin ilk hissəsi təcrübi biliklərin öyrənilməsini əhatə edən Bakı şəhərində təşkil ediləcək təlimlərdən, tələbələrin asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsini əhatə edən digər hissəsi isə Respublikamızın bölgələrindən birində təşkil ediləcək düşərgədən ibarətdir.

Müraciət edən tələbələrin çoxluğunu nəzərə alaraq yay məktəbinə qəbul təqdim olunacaq motivasiya məktublarının qiymətləndirilməsi əsasında həyata keçiriləcəkdir. Məktəbdə iştirak etmək arzusunda olan hüquqşünas tələbələr aşağıdakı keçid vasitəsi ilə 01 iyul 2023-cü il tarixinədək qeydiyyatdan keçə bilərlər:

Əlaqələndirici şəxs – Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)
 


Müraciət et

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 318
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 745
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 383
Xaricdə təhsil almaq...