Şənbə, 10 May, 2025

Peşə təhsili müəssisələri arasında #YaşılDünyaNaminə videoçarx müsabiqəsi başlayır


  • | Dərc edildi: 27 Aprel, 2024 - 19:16
Peşə təhsili müəssisələri arasında #YaşılDünyaNaminə videoçarx müsabiqəsi başlayır

Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində #YaşılDünyaNaminə videoçarx müsabiqəsinə start verilir. Müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında ətraf mühitin qorunması istiqamətində məlumatlandırılmanın artırılması, gənclərin bu sahədə innovativ həllər təqdim etməyə həvəsləndirilməsi və onların iqlim dəyişikliyinin arxasında dayanan məqamları anlmasına kömək etməkdir. Müsabiqədə seçilən ən yaxşı 3 videoçarxın müəllifi mükafatlandırılacaq.

Müsabiqəyə təqdim edilən video məzmun aşağıdakı mövzulardan ən azı birini özündə ehtiva etməlidir:

  • Nəqliyyatın enerji səmərəliliyinin artırılması;
  • Binalarda enerji istifadəsinin optimallaşdırılması;
  • Tullantıların təkrar emalı və istifadəsi;

 Videoçarxlar üçün texniki tələblər aşağıdakı kimidir:

  • Təklif olunan bütün məzmun iştirakçıların orijinal ideyaları olmalı və üçüncü şəxslərin müəllif və ya əqli mülkiyyət hüquqlarını pozmamalıdır;
  • Videoçarx 120 saniyədən (2 dəqiqə) çox olmamalıdır;
  • Videonun giriş hissəsində müəssisənin adı və videoçarxın adı qeyd edilməlidir.

Qeyd edək ki, videoçarxların müsabiqəyə təqdim edilməsi üçün son tarix 15 maydır. Videoçarxlar [email protected] imeyl ünvanına göndərilməlidir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...