Bazar, 11 May, 2025

Tanınmış kinorejissoru, ssenarist və kinoprodüser Semih Kaplanoğlu ilə görüş


  • Dərc edildi: 15 Dekabr, 2022 - 19:34
Tanınmış kinorejissoru, ssenarist və kinoprodüser Semih Kaplanoğlu ilə görüş

Onun filmləri metafizik mövzular və kinematoqrafiyada fərqli müəllif üslubundan istifadə ilə xarakterizə olunur. Türk kinosunun ən istedadlı və nüfuzlu rejissorlarındandır və dünya üzrə 30-dan çox beynəlxalq mükafata layiq görülüb. 2013-cü ildə Kann Film Festivalında "Cinefondation" və "Qısa filmlər" bölmələri üzrə münsiflər heyətinin üzvü olub. O, Avropa Film Akademiyası, eləcə də Asiya Sakit Okean Kino Akademiyasının üzvüdür. Söhbət Türkiyənin tanınmış kinorejissoru, ssenarist və kinoprodüser Semih Kaplanoğludan gedir.

Dekabrın 19-u qonağımızla olduqca maraqlı müzakirə keçirəcəyik 

Tədbir YARAT Müasir İncəsənət Məkanı

və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Semih Kaplanoğlunun "Hər kəs öz evində" debüt tammetrajlı filmi 2001-ci ildə Sinqapur Beynəlxalq Film Festivalında "Ən yaxşı rejissor" mükafatına layiq görülüb.
Kinodakı əsas məşğuliyyətləri ilə yanaşı, 1987-2003-cü illərdə plastik incəsənət və kino haqqında məqalələr də yazıb. Bu məqalələr incəsənətlə bağlı dövri mətbuatda dərc olunub və müxtəlif xarici dillərə tərcümə olunub.

 12:00 – 14:00
YARAT Mərkəzi
Tədbir Türk dilində aparılacaq
İştirak üçün: http://shorturl.at/ltwRT

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 321
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 751
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 384
Xaricdə təhsil almaq...