“ADA” Universitetinin Hüquq fakültəsi peşəkar təcrübəsi olan və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan hüquqşünas namizədləri “Əqli mülkiyyət hüququ”, “İnformasiya texnologiyaları hüququ”, “Mənəvi və siyasi fəlsəfə”, “Hüquq tarixi” fənlərinin tədris olunması məqsədilə saathesabı müəllim vəzifəsinə müraciət etməyə dəvət edir. Fənlər İngilis dilində tədris olunur.
“Əqli mülkiyyət hüququ” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs payız semestri ərzində 37.5 saat mühazirə və məşğələ (həftədə hər biri 75 dəqiqə olmaqla bir mühazirə və məşğələ) aparmalıdır.
“İnformasiya texnologiyaları hüququ” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs payız semestri ərzində 37.5 saat mühazirə və məşğələ (həftədə hər biri 75 dəqiqə olmaqla bir mühazirə və məşğələ) aparmalıdır.
“Mənəvi və siyasi fəlsəfə” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs payız semestri ərzində 37.5 saat mühazirə və məşğələ (həftədə hər biri 75 dəqiqə olmaqla bir mühazirə və məşğələ) aparmalıdır.
“Hüquq tarixi” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs payız semestri ərzində 37.5 saat mühazirə və məşğələ (həftədə hər biri 75 dəqiqə olmaqla bir mühazirə və məşğələ) aparmalıdır.
“ADA” Universiteti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin işə qəbul prosesində hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Maraqlanan şəxslərdən aşağıda qeyd edilən sənədləri word və ya pdf formatında e-mail vasitəsilə [email protected] poçt ünvanına göndərmələri xahiş olunur:
Müraciət üçün son gün 2024-cü il 21 iyul tarixidir. Tədris prosesi 2024-cü il sentyabr ayının 9-dan etibarən başlayacaq.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb