Bazar, 11 May, 2025

ADAMUN Simulyasiya Konfransına müraciətlər açıq elan olunur


  • Dərc edildi: 7 Fevral, 2023 - 21:36
ADAMUN Simulyasiya Konfransına müraciətlər açıq elan olunur

Əziz gənclər!

Çoxdan gözlənilən ADAMUN Simulyasiya Konfransına müraciətlər açıq elan olunur. ADAMUN 2023 Simulyasiya Konfransı gənclərə özlərini diplomat rolunda sınayaraq ortaya qoyulan problemlərə müxtəlif ölkələrin mövqeyindən yanaşmaq şansı yaradacaq. Konfrans zamanı hər bir komitədə iştirakçılar müəyyən mövzu ətrafında müzakirələr aparacaq, həll yolları təklif edəcək və qətnamələr hazırlayacaqlar. İkinci günün sonunda hər iki komitənin nümayəndələri bir araya gələrək qəbul olunmuş qərarları təqdim edəcəklər.

Simulyasiya Konfransı fevralın 16-17-də ADA Universitetində ingilis dilində keçiriləcək.

Qeyd: İştirak ödənişlidir, yalnız seçilmiş namizədlər müsahibə mərhələsinə dəvət alacaqlar.

Müraciət üçün son tarix: 10 fevral (18:00)

Müraciət linki: https://bit.ly/3lgtJrU

Qeydiyyatdan keçməyə və konfransa qoşulmağa tələsin!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 321
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 750
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 384
Xaricdə təhsil almaq...