Bazar, 11 May, 2025

"Miqrasiya Məktəbi-5" layihəsinə start verilir


  • Dərc edildi: 16 Noyabr, 2022 - 22:28
"Miqrasiya Məktəbi-5" layihəsinə start verilir

"Miqrasiya Məktəbi-5" layihəsinə start verilir

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi - 5” layihəsinə başlanılır və bununla əlaqədar müsabiqə elan edilir.

Ali təhsil müəssisələrinin hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, coğrafiyaşünaslıq, şərqşünaslıq, tərcüməçilik, jurnalistika, dövlət idarəçiliyi və sosiologiya ixtisasları üzrə yuxarı kurslarda və ya magistr pilləsində təhsil alan, habelə ali təhsilini yeni bitirmiş gənclər Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi – 5” layihəsində iştirak üçün dəvət olunur.

Məktəb barədə ətraflı məlumatı Konsepsiya Sənədindən əldə edə bilərsiniz. 
İştirakçılar proqram çərçivəsində miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.

Şərtlərə uyğun gələn, təlim proqramında iştirak etmək arzusu olan şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

İlkin seçimdən keçmiş şəxslər müsahibə üçün dəvət olunacaq.
Proqramda iştirak üçün sənədlər 30 noyabr 2022-ci il tarixədək elektron poçt ([email protected]) vasitəsilə qəbul olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 321
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 752
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 384
Xaricdə təhsil almaq...