Şənbə, 10 May, 2025

"TİPx 7: Yenilən” konfransı keçiriləcək


  • | Dərc edildi: 13 Dekabr, 2022 - 11:24
"TİPx 7: Yenilən” konfransı keçiriləcək

"TİPx 7: Yenilən” konfransı keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 7: Yenilən” konfransı keçiriləcək.

 

Tədbir zamanı spikerlərimiz tərəfindən interaktiv çıxışlar, maraqlı workshoplar təqdim ediləcək, iştirakçılar ənənəvi disskusiyalarla daha çox iştirakçılığa cəlb ediləcəklər.
 
Məqsəd ənənəvi və sosial sahibkarlıq, kiçik kapital tələb edən biznes ideyaları, startapların digər biznes sahələrindən fərqi, kütləvi maliyyələşmə və s. sahələr üzrə tələbələri maarifləndirmək, onlarda sahibkarlığa motivasiya yaratmaqdır.

 

Tədbirin mövzuları:
 
• “Dəyişiklik inanmaqdan başlayır!” 
• “Yeni ildə necə daha irəli gedək?”
• "Mental sağlamlığımız: fərqindəlik və cavabdehlik" 
• “Müasir dövrün açar sözləri” 

 

Konfransa müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələr qatıla bilər. Fərqli biznes ideyaları olan, sahibkarlıq üzrə müəyyən istiqamətdə addımlar atan tələbələrə seçim zamanı üstünlük veriləcək. 

 

Konfrans 23 dekabr tarixində baş tutacaq. 

 

İştirak üçün onlayn qeydiyyat formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.
 
Qeydiyyat linki: http://shorturl.at/rBKMX

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...