Bazar, 11 May, 2025

Dövlət Məşğulluq Agentliyi daha 5 istiqamət üzrə peşə kursuna qəbul elan edir


  • | Dərc edildi: 5 Dekabr, 2022 - 23:51
Dövlət Məşğulluq Agentliyi daha 5 istiqamət üzrə peşə kursuna qəbul elan edir

Dövlət Məşğulluq Agentliyi daha 5 istiqamət üzrə peşə kursuna qəbul elan edir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti peşə kursları üçün qəbul aparılır. 

Elektrik qaz qaynaqçısı, qazanxana maşinisti, lift üzrə elektromexanik, qaz qaynaqçısı, əl elektrik qaynaqçısı istiqamətləri üzrə təşkil olunacaq kurslara 20-40 yaş aralığında, minimum orta təhsilli şəxslər müraciət edə bilərlər. 

 

Kursun müddəti 1 aydır və "İndustrial Support Training Services Əlavə Təhsil Mərkəzi" MMC ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək. Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursları müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

 

Qeyd edilən istiqamətlər üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər kurslara cəlb olunacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...