Ofis meneceri (Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi) vakansiyası
-
-
Dərc edildi: 18 Dekabr, 2023 - 18:23
Təsvir
- Mərkəzdə təhsil alan tələbələrin və gələn qonaqların qarşılanması, onlara köməklik göstərilməsi, və istiqamətləndirilməsi;
- Telefon zənglərinin qəbul edilməsi və yönləndirilməsi;
- Ofis avadanlıqlarına (ləvazimatlarına) nəzarət;
- Ofis avadanlıqlarında hər hansı nasazlıq yaranarsa, dərhal aidiyyəti şəxsləri məlumatlandırmaq;
- Ofis ləvazimatlarının miqdarına mütamadi olaraq nəzarət edilməli, ləvazimatlar bitməzdən öncə sifariş verilməli;
- Gündəlik və iclasların təşkili.
- Mərkəzin iş saatları daxilində açılıb-bağlanması;
- Mərkəzə daxil olan şəxslərin qeydiyyata alınması;
- Mərkəzin təmizlik və təchizat məsələlərinə nəzarət, təlim otaqlarının hazır vəziyyətdə saxlanılması;
- Gələn qonaqların qarşılanması, yerləşdirilməsi (tədbirlər və görüşlər zamanı);
- Təlimçilərə dərs müddətində administrativ dəstəyin göstərilməsi, o cümlədən təlimçilərdən gələn müraciətlərin yerinə yetirilməsi;
- Tələbələrin dərslərdə davamiyyət cədvəlinin tərtib olunması və izlənməsi
- Mərkəzin təchizat məsələlərinin həll olunması, tələb olunan ləvazimatların siyahısının hazırlanması və təmin edilməsi;
- Mərkəzin e-poçt ünvanına daxil olan məktublara nəzarət və onların müvafiq qaydada cavablandırılması;
- Mərkəzin sosial media hesablarının idarə olunması, sorğuların aidiyyəti üzrə cavablandırılması.
Tələblər
- Ali təhsil;
- Minimum 1 (bir) il iş təcrübəsi üstünlükdür;
- Azərbaycan, İngilis, Rus dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
- Microsoft Office proqramları üzrə sərbəst işləmək bacarığı.
- 27/01/24
Müraciət et
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb