2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub. Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.
İmtahanın təfərrüatları:
• Müddət: 120 dəqiqə
• Ümumi sual sayı: 60
o Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25
o Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25
o Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10
İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
İbtidai sinif – Azərbaycan_dili
Qeyd: tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb