Bazar ertəsi, 12 May, 2025

Xəzər Universiteti “İqtisadiyyat və Biznes Yüksək Təhsil” fakültəsinin dekan köməkçisi vəzifəsinə vakansiya elan edir


  • Dərc edildi: 29 Yanvar, 2025 - 13:00
Xəzər Universiteti “İqtisadiyyat və Biznes Yüksək Təhsil” fakültəsinin dekan köməkçisi vəzifəsinə vakansiya elan edir

Xəzər Universiteti “İqtisadiyyat və Biznes Yüksək Təhsil” fakültəsinin dekan köməkçisi vəzifəsinə vakansiya elan edir.



Əsas vəzifələr:


Fakültənin assistenti dekanın rəhbərliyi altında aşağıdakı fəaliyyətləri həyata keçirir: 
Magistraturaya qəbul, qeydiyyyat və s. kimi məsələlərdə sənədləşdirmə işlərini həyata keçirir; 
Doktoranturaya fəlsəfə və ixtisas fənlərindən qəbul imtahanlarını təşkil edilməsində sənədləşdirmələri həyata keçirir; 
Doktorant və dissertantların minimum imtahanlarının verilməsi prosesində sənədləşmələri aparır;
Tələbələrin elmi məqalə və dissertasiya işlərinin plagiat yoxlamalarını təşkil edir; 
Tələbələrin təliminin və tədqiqatının keyfiyyətini təmin etmək üçün Kitabxana İnformasiya Mərkəzi və uyğun departamentlər ilə koordinasiyanı təmin edir; 
Magistr, doktorant və dissertantların bütün fayl və məlumatlar ilə bağlı sənədlərinin lazımi qaydada saxlanılmasını təmin edir; 
İclas protokollarını hazırlayır;
Digər kargüzarlıq işlərini həyata keçirir.



Tələb olunan bilik, bacarıq və vərdişlər:


Fakültənin profilinə uyğun magistr dərəcəsi;
İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları;
Sənədlərlə işləmək, yazışma və kargüzarlıq bacarıqları;
Yaxşı kompüter vərdişləri (Microsoft Office);
Tələbə və işçilərlə yaxşı ünsiyyət bacarıqları;
Sərbəst şəkildə işləmək və təşəbbüs göstərmək bacarığı;
Müsbət düşüncəyə və ozünü motivasiya etmək xüsusiyyəti;



Müraciət üçün tələb olunan sənədlər


·       Tərcümeyi hal (CV)
·       Müraciət məktubu
·       Tövsiyyə məktubu verəcək üç şəxsin adı, vəzifəsi və E-poçt ünvanları

Qeyd: Dekanlıq Universitetin Mərkəz kampusunda, B. Səfəroğlu, 122 ünvanında (Şahmat məktəbinin yanı) yerləşir. Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
İşə başlama tarixi: 1 Mart, 2025
Maraqlananlar 20 fevrala qədər [email protected] e-mail ünvanına sənədlərini göndərə bilər

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 324
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 753
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 386
Xaricdə təhsil almaq...