Bazar, 11 May, 2025

"Gəncdən gəncə inkişaf" layihəsi


  • Dərc edildi: 16 Yanvar, 2023 - 23:06
"Gəncdən gəncə inkişaf" layihəsi

Mentor olmaq istəyən gənclər üçün əla fürsət! 

"Gəncdən gəncə inkişaf" layihəsinin məqsədi bir qrup gəncin mentorluq fəaliyyəti nəticəsində məktəbli gənclərin ictimai fəaliyyətə cəlb olunması, onların bu istiqamətə düzgün yönləndirilməsidir.

1 Layihənin birinci mərhələsində seçilmiş iştirakçılara mentorluq istiqamətində təlimlər keçiriləcək.

 2 Layihənin ikinci mərhələsində iştirakçılar iki nəfərlik qruplar şəklində məktəblilər üçün könüllülük və fərdi inkişaf mövzularında seminar təşkil edəcəklər.

 3 Layihənin sonuncu mərhələsində məktəbli gənclər məzun olacağı müddətə qədər öz mentoru tərəfindən könüllülük və fərdi inkişaf mövzularında məlumatlandırılacaq, ictimai fəaliyyətlərə təşviq olunacaqlar.

Gələcəkdə mentor və təlimçi olaraq özünü inkişaf etdirmək istəyən gənclər üçün bu layihə səmərəli başlanğıc ola bilər.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun "İdeyanı Reallaşdır 2022" fərdi qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biridir və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

 İştirakçı gənclər üçün təlimlər: 1-3 fevral (tam gün, çay və nahar fasiləsi daxil)
 Məktəbli gənclər üçün seminarlar: 13-17 fevral (günün birinci yarısı)

 Layihəyə 19-29 yaş aralığında, 20 gənc seçiləcək. Layihə sonunda iştirakçılar sertifikat və ya diplomla təltif olunacaqlar.

Son qeydiyyat tarixi: 23 yanvar, saat 23:59

Ətraflı məlumat və qeydiyyat üçün: https://forms.gle/1b9mJpkKSsFbNaB29

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 317
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 738
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 381
Xaricdə təhsil almaq...