Bazar, 11 May, 2025

Layihə meneceri vakansiyası


  • Dərc edildi: 20 Yanvar, 2025 - 00:10
Layihə meneceri vakansiyası

Layihə meneceri vakansiyası



Vəzifəyə aid qoyulan tələblər:


• Təhsil: Ali (iqtisadiyyat və idarəetmə, informasiya texnologiyaları ixtisasları üzrə bakalavr dərəcəsi);
• Təcrübə: Layihələrin idarə olunması üzrə minimum 3 il; 
• Kompüter bilikləri: MS Office MS Project proqramlarını mükəmməl bilməli; 
• Dil bilikləri: Azərbaycan dili səlis, rus dili yaxşı, ingilis dili üstünlükdür; 
• Sertifikatlar: PMP, PMI-ACP sertifikatlarının olmasına üstünlük verilir; 
• Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, planlaşdırma;



Öhdəliklər:


• Planlaşdırılmış işlərin vaxtında başa çatdırılması üçün səylərin göstərilməsi;
• Layihənin gedişatına, onun hərtərəfli təhlilinə və risklərin minimallaşdırılmasına dair tədbirlərə nəzarət edilməsi;
• Layihənin həyata keçirilməsi üçün tələb olunan bütün resursların ümumi məbləğlərinin və xərclərinin müəyyən edilməsi, onların ən səmərəli şəkildə bölüşdürülməsi;
• Məqsədlərə nail olmaq üçün ən optimal və müasir metodologiyanın müəyyən edilməsi;
• İş planının və işin həyata keçirilməsi üzrə təqvim planının hazırlanmasında iştirak edilməsi və əsas sənədlərlə bağlı müştəri ilə koordinasiyasının aparılması;
• Lazım olan məlumatların layihə iştirakçılarına vaxtında ötürülməsi;
• Müştərilərin maraqlarına uyğun müzakirələrin aparılması, tərəfdaşlarla münasibətlərdə onların maraqlarının müdafiə edilməsi;
• Layihəni təhdid edən risklərin müəyyən edilməsi, onların aradan qaldırılması və ya təsirinin minimuma endirilməsi üçün tədbirlərin görülməsi;



Şəxsi keyfiyyətlər:


• Liderlik və idarə etmə bacarıqlarının olması;
• Stressə davamlılıq;
• Kommunikasiya bacarıqlarının mövcudluğu;
• Komanda mühitində məsuliyyətli olmaq;



Əlavə məlumatlar:


• Əmək haqqı: Razılaşma yolu ilə;
• İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00 
• Korporativ nömrə və danışıq balansı 
• AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə 

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində «Layihə meneceri» sözünü qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...