Bazar, 11 May, 2025

"Tələb planlama üzrə mütəxəssis" vakansiyası


  • | Dərc edildi: 12 Dekabr, 2024 - 18:48
"Tələb planlama üzrə mütəxəssis" vakansiyası

"Veysəloğlu" MMC Tədarük Zənciri Direktorluğu , "Tələb planlama üzrə mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:



İş yeri:
Bakı şəhəri

İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:
-       Aylıq və illik olaraq tələblərin planlaşdırılması üçün məlumat bazasını hazırlamaq;
-       Biznes inkişaf və satış strukturları ilə sıx əməkdaşlıq etmək;
-       Promo aksiyalarına və ticarət fəaliyyətlərinə əsasən proqnoz və artım təsirlərini yaratmaq;
-       Müvafiq nəticələri strukturlu şəkildə (Cədvəl, diaqramlar, IYA) aidiyyəti şöbə əməkdaşlarına təqdim etmək;
-       Aylıq satış proqnozlarını hazırlamaq və təqib etmək;
-       Əldə olunan nəticələri müvafiq struktur vahidləri ilə paylaşmaq və proqnozun dəqiqliyini optimallaşdırmaq üçün lazım olan proqnoz tənzimləmələrini həyata keçirmək.

Tələblər:
-       Ali təhsil (Biznes idarəçiliyi üzrə üstünlükdür);
-       Müvafiq vəzifədə minimum 1 il iş təcrübəsi;
-       Güclü analitik və problem həlletmə bacarıqları;
-       Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
-       Yüksək ünsiyyət bacarıqları;
-       İşinə məsuliyyətli və dəqiq yanaşmalı
-       İngilis dili , rus dili arzu olunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tələb planlama üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına  göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...