02 May, 2025 - 17:10
317
Xalçaçılıq peşəsinə yiyələnmək istəyən xanımların nəzərinə!
Bu fürsət sizin üçündür!
Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi peşə hazırlığı kursunda 3 ay ödənişsiz kurs keç və işlə təmin olun.
Kursa dair məlumatlar:
Kurs Bakı Peşə Hazırlığı Mərkəzində keçiriləcək.
18 - 55 yaşlı xanımlar iştirak edə bilər.
Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində #təqaüd ödəniləcək.
Bakı Regional Məşğulluq filialına və DOST Mərkəzlərinə müraciət edərək qeyd olunan peşə kursu barədə ətraflı məlumat əldə edə və kursa qatıla bilərsiniz.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb