Salam! Biz – YIĞIM Payment System, müasir və təhlükəsiz ödəniş həlləri yaradan innovativ Fintex şirkətiyik. Biz sadəcə texnologiyalarla işləmirik – biz onları inkişaf etdirir və təkmilləşdiririk! Sən də bizimlə birlikdə sənayeni dəyişmək, möhtəşəm layihələr üzərində işləmək və gələcəyin ödəniş həllərini yaratmaq istəyirsənsə, deməli, bizə sən lazımsan!
Əgər sən:
Maliyyə texnologiyaları sahəsində çalışmaq və peşəkar komandamızla birlikdə inkişaf etmək istəyirsənsə, yaradıcı yanaşmanı sevir və çətinliklərdən çəkinmirsənsə,Deməli, sən bizim axtardığımız namizədsən!
Səni nələr gözləyir?
· Biznes üçün innovativ ödəniş həlləri hazırlamaq və tətbiq etmək.
· Visa, MasterCard, American Express tərəfindən sertifikatlaşdırılmış ən qabaqcıl texnologiyalarla, eləcə də TOP banklar və aparıcı beynəlxalq və yerli brendlərlə işləmək.
· E-commerce həlləri, ödəniş platformaları və xidmətlər yaratmaq.
· İnnovasiyaları tətbiq etmək və komandamızla birlikdə ödənişləri daha sürətli, etibarlı və təhlükəsiz etmək.
· Bazarın önündə olmaq və sənayeni dəyişəcək yeni ideyalar təklif etmək.
· Dövlət vergi hesabatlarının hazırlanması və yoxlanılması : Əmlak, ƏDV, ÖMV, VAHİD (Muzdlu), mənfəət və digər müvafiq bəyannamələr
· Debitor və kreditor borclarının uçotunun aparılması
· Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyə uyğun işləmək
· Vergi dəyişikliklərini izləmək və tətbiq etmək
· Mühasibat uçotunun dəqiq və düzgün aparılması
· Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi
· Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat üzrə)
· Vergi və mühasibat uçotu (hesablar üzrə) ən azı 3-5 il iş təcrübəsi
· Yeni vergi sistemində sərbəst işləmə bacarığı
· 1C, Excel və MS Office proqramlarını yüksək səviyyədə bilmək
· Dəqiqlik, detallara diqqət və analitik düşünmə bacarığı
· Rəqabətədavamlı əməkhaqqı.
· Peşəkar mühit: Mərkəzdə yerləşən, müasir tələblərə cavab verən rahat ofis, həftədə 5 iş günü (09:00-18:00).
· Rəsmi işə qəbul: Azərbaycan qanunvericiliyinə uyğun əmək müqaviləsi.
· Peşəkar və karyera inkişafı üçün imkanlar.
· Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
· Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!
Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni [email protected] e-mail ünvanına göndər.
YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur!
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb