Dünyanın nüfuzlu beynəlxalq marketinq Sammitinə pulsuz bilet əldə etmək istəyirsiniz? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi sizin üçün bu fürsəti yaradır. Artıq 10 ildir ki, baş tutan Dünya Marketinq Sammitinə (World Marketing Summit) ödənişsiz şəkildə bilet əldə edə bilərsiniz.
Bu ilin 6-7 noyabr tarixlərində (2 gün ərzində 48 saat) online formatda keçiriləcək “World Marketing Summit”də 150-dən çox spiker, akademik, biznes sferasından tanınmış şəxslər və həmçinin ictimai xadimlər iştirak edəcək. Azərbaycandan isə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və UNEC Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli bu tədbirdə spiker kimi iştirak edəcək.
Dövlət Məşğulluq Agentliyinin adından qeydiyyatdan keçən hər kəs üçün tədbirdə iştirak ödənişsizdir. Bunun üçün aşağıda qeyd olunan addımları yerinə yetirmək lazımdır.
Sammitin təşkilatçısı marketinqin banisi, professor Dr. Filip Kotlerdir. Tədbirdə 100 milyondan çox şəxsin iştirak edəcəyi planlaşdırılır. Milyonlardan biri də siz olun!
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb