Şənbə, 10 May, 2025

"Green Fintech Startup Challenge"a qeydiyyat başladı!


  • | Dərc edildi: 17 May, 2024 - 00:39
"Green Fintech Startup Challenge"a qeydiyyat başladı!

"Green Fintech Startup Challenge"a qeydiyyat başladı! 

 

Müsabiqənin əsas istiqamətləri aşağıdakılardır:

Verilmiş kreditlərin ətrafa mühitə təsirini ölçən kredit qiymətləndirilməsi aləti;

Blokçeyn əsaslı dayanıqlı və şəffaf təchizat zəncirinin qurulması platforması;

Elektron ticarətdə karbon ayaq izi kalkulyatoru;

Süni intelekt əsaslı ESG məlumatları üçün maliyyə əməliyyatlarını təhlil edən və bizneslər üçün fərdi tövsiyələr verən hesabat aləti.

Müraciətçilər bu istiqamətlərlə yanaşı “Greentech” sahələrini əhatə edən digər innovativ həlləri ilə də müsabiqəyə qatıla bilərlər. 

Rəqəmsal innovasiya konsepsiyasına və pre-inkubasiya hədəflərinə uyğun gələn ən yaxşı layihələr ABB İnnovasiya Mərkəzinin İnkubasiya proqramına qəbul olunacaq. Həmçinin startaplar davamlı mentor dəstəyi və peşəkar sahə ekspertləri ilə netvorkinq imkanı əldə edəcəklər.

Növbəti mərhələyə keçən komandalar noyabr ayında Bakıda keçiriləcək dünyanın ən böyük iqlim dəyişikliyi tədbiri COP29-da ideyalarını təqdim edib, investorlara çıxış imkanı qazanacaqlar.

 Daha ətraflı məlumat və müraciət üçün: https://abbinnovation.az/az/hackathon

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...