Bazar, 11 May, 2025

“Satınalmalar xidməti sahəsində” istedadlı, təcrübəli namizədlər üçün vakansiya


  • Dərc edildi: 12 Sentyabr, 2024 - 22:22
“Satınalmalar xidməti sahəsində” istedadlı, təcrübəli namizədlər üçün vakansiya

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlardan biri “Satınalmalar xidməti sahəsində” istedadlı, təcrübəli namizədlər üçün vakansiya elan edir. 



Öhdəliklər:
• Satınalma strategiyasının və illik satınalmalar planının hazırlanması;
• Satınalma müqavilələrinin bağlanması və müqavilə müddətinə nəzarət;
• Satınalmalar üzrə bazar araşdırılmalarının aparılması; 
• Təklif vermiş iddiaçıların təkliflərinin təhlili və qiymətləndirilməsi; 
• Satınalma prosesləri ilə bağlı digər bölmələrlə yazışmaların aparılması;
• Ümumilikdə satınalma prosedurlarının idarə olunması və həyata keçirilməsi. 
Əsas bacarıqlar: 
• Nəticəyə yönəlik güclü motivasiya, son tarixlərə (“deadline”) riayət olunması və razılaşdırılmış nəticələrə nail olmaq üçün şəxsi təşəbbüs və məsuliyyətlilik.
Biliklər:
• Dövlət satınalmaları haqqında yerli qanunvericilik bilikləri;
• Satınalma proqramları üzrə biliklər və yüksək səviyyədə “Microsoft” biliyi;
• İT layihələrinin satınalınması üzrə biliklər;
• Mükəmməl Azərbaycan və rus dili. 
Ümumi bacarıqlar:
• Güclü idarəetmə bacarıqları; 
• Güclü analitik və strateji düşünmə bacarığı. 
Təhsil:
• Ali təhsil. CIPS sertifikatı olanlara üstünlük veriləcək. 

İş təcrübəsi: 
• Aidiyyatı sahə üzrə 4 il, minimum 2 ili rəhbər vəzifəsi üzrə olmaqla. 

Bu meyarlara uyğun namizədlər CV-lərini 23.09.2024-cü il tarixinədək [email protected] ünvanına “Satınalmalar xidməti sahəsində” başlığı ilə göndərə bilərlər. Yalnız CV-ləri uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...