
İşdən sonra gedə biləcəyiniz fəaliyyətlər
Bir çox insan gününün çox hissəsini işdə keçirir və iş prosesi zamanı bəzən stresslə üzləşirlər. Stressin olması isə həm psixolojik olaraq insanı yorur, həm də məhsuldarlığa mənfi təsir göstərir. Stressən qurtulmağın bir neçə yolu var. Ən effektiv yollardan biri insanın maraqlı məşğuliyyətinin olmasıdır. Hər hansı fəaliyyət və ya masterklassla məşğul olmaq insanı zehni cəhətdən rahatladır, stressin azalmasına səbəb olur. Bəs iş çıxışı hansı mərkəzlər fəaliyyət göstərir, hansı fəaliyyətlərə gedə biləcəyinizi düşünürsünüz? Tripsome iş saatından sonra - 18:00-dan sonra da fəaliyyət göstərən mərkəzləri təqdim edir:
8.Snayper
Mərkəzimizdə optik nişangahlı tüfəng (PCP) ilə atəş açmağı öyrənmək fokus, görmə qabiliyyətini genişləndirir, fiziki intizam və gücünüzü artırır. O həm də adrenalin hormonunun ifrazına səbəb olaraq sizə xoş və əyləncəli anlar yaşadır. Məşqlər "field target" və "benchrest" metodları ilə baş tutur. İştirakçılar mərkəzimizdə təlim keçdikdən sonra peşəkar atıcı kimi Respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edib dərəcə qazana bilər. Mərkəz saat 20:00-a qədər fəaliyyət göstərir. Ətraflı məlumat və bilet üçün linkə klik edin.
7.Oxçuluq
Bu fəaliyyətə qoşulmaqla düzgün qamət, konsentrasiya və səbr qabiliyyətini aşılayan bu idman növü psixoloji rahatlıq tapmağa və eyni zamanda hədəfə fokuslanaraq məqsədlilik hissinin yaranmasında böyük rol oynayacaq. Fransadakı həkimlər hətta bəzi xəstələrə ox atmağı tövsiyə edirlər. Hər gün ən azı 30 dəqiqə məşq etməklə oxatanlar zehnini sakitləşdirir və ümumi rifahlarını artırmaq üçün bədənlərini işə cəlb edirlər. Oxçuluq həmçinin kalori yandırır və geniş əzələ kütləsini gücləndirir. Əslində, oxatanlar yayın çəkərək hər 30 dəqiqədə təxminən 100-150 kalori yandırırlar. Oxları almaq üçün hədəfə doğru getməklə və 3D turnirin gedişində qət edilən hər mil ilə bu kalori yandırmaları artır.
Bu fəaliyyətimizdə iştirakçılar Olimpiya idman növü olan oxçuluq ilə məşğul olurlar. Əvvəlcə yayın və oxun düzgün tutulma qaydalarını öyrəndikdən və təlimçinin praktik izahından sonra məşqçilərin nəzarətində sərbəst atışlar edirlər. 12 ədəd ox və təlim üçün qiymət 10 AZN-dir. Mərkəz saat 20:00-a qədər fəaliyyət göstərir. Ətraflı məlumat və bilet üçün linkə klik edin.

6.Airsoft Action Air - Pnevmatik Tapança Atıcılığı
Duel atışlarında ilk öncə təlim keçirilir, hər atıcıya 6 hədəf verilir və start komandasından sonra kim hədəfləri tez vurarsa o qalib hesab olunacaq. Bu fəaliyyətdə də 6 mm-lik plastik şarlardan istifadə olunduğuna görə təhlükəsizdir və yeganə qoruyucu vasitə atıcı gözlüklərdir. Heç vaxt bu fəaliyyətlə məşğul olmayanlar üçün də uyğundur. Çünki, məşqçinin təlimi nəticəsində atış texnikasını öyrənmiş olacaqsınız. Mərkəz saat 20:00-a qədər fəaliyyət göstərir. Ətraflı məlumat və bilet üçün linkə klik edin.

5.Kartinq Sür və Formula 1 həyəcanını hiss et
Azərbaycanda avtomobil idmanın inkişafı və dünya yarışlarında layiqincə təmsil olunmağımız üçün pilotların təcrübə səviyyəsinin artırılmasına ehtiyac var. Bu gün biz ölkəmizdə ilk peşəkar kartinq məktəbinin təməlini qoymaqla fəxr edirik! Kartinq məktəbinin məqsədi, gələcəkdə peşəkar avto idman müsabiqələrinə və onların ən yüksək pilləsi olan F1 yarışmaları üçün avtomobil idmançılarının ən yüksək səviyyədə hazırlanmasıdır.
Tədris proqramı özündə aşağıdakı istiqamətləri cəmləşdirir:
- Trassada surətli hərəkəti oyrətmək, döngələrdə optimal istiqaməti və surəti seçmək.
- Startda yarışa düzgün başlanılması, yarışın birinci dövrə üçün taktikası
- Ötmə əmliyyatının nəzəriyyəsi və üsulları
- Kvalifikasiya yarışlarının xüsusiyyətləri və hiylələri
- Yarış zamanı taktiki müsabiqənin əsasları
- Qələbə üçün lazım olan keyfiyyətlərin formalaşdırılması
- Trassada hərəkət zamanı kartinqin idarəetməsini öyrətmək
- Yarışların keçirilmə qaydası, xəbərdaredici bayraqlar, trassada və texniki parkda pilotun davranış qaydaları
- Kartinqin detalları və daxili yanma mühərrikinin iş prinsipi barəsində seminarların keçirilməsi
Mərkəz saat 00:00-a qədər fəaliyyət göstərir. Ətraflı məlumat və bilet üçün linkə klik edin.

4.Azərbaycan Çempionu ilə badminton məşqi
Badminton tennisə bənzər idman oyunudur və 1992-ci ildən Olimpiya idman növü hesab olunur. Qaydalarının sadəliyinə, kiçik meydançada, çəmənlik və çimərliklərdə oynamaq imkanı olduğuna görə müasir badminton ən kütləvi idman oyunlarından birinə çevrilmişdir. Badminton oynamaq əzələ və sümükləri (daha çox ayaq və qol) gücləndirir, çevikliyi artırır, görmə qabiliyyətin artırır (volana fokuslanan göz əzələləri inkişaf edir). Mərkəz saat 20:00-a qədər fəaliyyət göstərir.
Mərkəz saat 22:00-a qədər fəaliyyət göstərir. Ətraflı məlumat və bilet üçün linkə klik edin.
3.At Sürmək (Şəhər mərkəzində)
Təhlükəsiz və idarə olunan şəraitdə ata minmə fürsəti ən əyləncəli təcrübələrdəndir və əmin olun bu təcrübə unudulmaz olacaqdır. Həm də şəhər mərkəzində! Burada siz 20 Azn ödəniş etməklə 30 dəqiqə at sürə biləcəksiniz. Təlimçilər at sürmək barədə lazimi məlumatları sizinlə bölüşürlər. Burada həm uşaqlar, həm də böyüklər iştirak edə bilərlər. Atları oxşaya və bəsləyə bilərsiniz. Mərkəz saat 20:00-a qədər fəaliyyət göstərir. Ətraflı məlumat və bilet üçün linkə klik edin.

2.Neon Sənəti Muzeyi
Neon 19-cu əsrin sonlarında öz parlaq işığı və rəngləri ilə rəssamları özünə cəlb etmək üçün kəşf edildiyi gündən xeyli yol keçmiş və sənətə öz yolunu tapmışdır. Neon Sənəti ultrabənövşəyi işığın altında neonun əks olunmasının təsirinə əsaslanan rəsmdir, onun parıltı illüziyası və 3D effekti sayəsində şəkillər canlanır. Fərid Ələkbərov, Azərbaycanın ən mühüm müasir rəssamlarından biridir və ən ikonik neon rəssamlarından biri kimi qəbul edilir. O dünyada ilk və yeganə Neon Sənət Muzeyinin təsisçisidir.
Bakının Novxanı kəndində yerləşən unikal Neon Sənət Muzeyi fasaddan interyerə qədər neon üslubda bəzədilmiş iki mərtəbədən ibarətdir. Muzeyin yerinin seçilməsi təsadüfi deyil, belə ki, rəssam uşaqlıqdan bütün dəyişən əhval-ruhiyyəsi ilə dənizə aşiq olub və o hesab edir ki, dənizin təmiz havası insana sərbəst nəfəs almağa imkan verən tamam başqa hisslər verir.
Muzeydə sözün əsl mənasında döşəmədən tavana kimi bütün səthlər ultrabənövşəyi şüalar altında parıldayan neon rəsmlərlə örtülmüşdür. Muzeydə normal və flüoresan rənglərin kombinasiyalarından istifadə edilmişdir ki, bu rənglər də işıq olmadıqda “işləyir” və qaranlıqda heyrətamiz parıltı effekti yaradır.
- Muzeyə hər gün fəaliyyət göstərir və giriş bileti 8 AZN təşkil edir.
- 4 nəfər və daha çox iştirakçının olduğu qrup şəklində səfərlər üçün bir nəfər üçün biletin qiyməti - 6 AZN təşkil edir.
- Muzeydə əsrarəngiz rəngləri görə bilmək üçün 17:00-dan 20:00-a qədər fəaliyyət göstərir.
Ətraflı məlumat və bilet üçün linkə klik edin.

1.Futsal Meetup
Startap və texnologiya sahəsində olan mütəxəssislər, dizaynerlər, proqramistlər, marketoloqlar, influenserlər və müxtəlif sahələrin insanları Startup Futsal Meetup-da bir yerə gəlirlər.
Nə baş verir?
Siz də bu insanlar ilə birlikdə həm əylənmək, həm də söhbət istəyirsinizsə biletlərinizi alıb proqramda iştirak edin. Proqrama daxildir:
- İlkin tanışlıq və isinmə hərəkətləri
- 1 saatlıq futsal oyunu. Həyatınızda ilk dəfə oynayırsınızsa belə çəkinməyin, əmin olun heyətimiz sizi cəmi 3 oyuna qaldıracaqdır və fərqi hiss edəcək, eyni zamanda da oyunu sevəcəksiniz.
- Oyundan sonra hamam/duş alınır
- Duşdan sonra 30-45 dəqiqəlik Limonlu Çay ilə söhbət davam edir və moderator tərəfindən hamı təqdim olunur. Ən az futzal oyunu qədər bu söhbətdən və çaydan həzz alacaqsınız.
- Oyun üçün xalça sahə
- Standardlara uyğun top
- Komandalar üçün 2 rəngdə uniforma (naketka)
- Oyun ərzində hər oyunçuya 1 ədəd qazsız su (500ml)
- Oyundan əvvəl və sonra istifadə üçün dəyişmə otağı
- İsti və soyuq su ilə təmin olunmuş hamam/duş
- Oyundan sonra limonlu çay
Oyun saat 22:00 - 23:00 arası baş tutur. Ətraflı məlumat və bilet üçün linkə klik edin.

Tripsome - 100+ əyləncə bir platformada. Ətraflı məlumat və bilet üçün linkə klik edin.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur