Bazar, 11 May, 2025

Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Lerik, Masallı, Mingəçevir) vakansiyası


  • Dərc edildi: 7 Fevral, 2023 - 20:30
Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Lerik, Masallı, Mingəçevir) vakansiyası

“Bank Respublika” ASC Lerik, Masallı və Mingəçevir rayonlarında yerləşən filialları üzrə Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiyalar elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
  • Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
  • Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

 

Namizədə qarşı tələblər:

Advertisement
  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla);
  • Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 fevral 2023-cü il tarixinədək email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Lerik, Masallı, Mingəçevir) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 317
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 738
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 381
Xaricdə təhsil almaq...