Bazar, 11 May, 2025

“Fresh Graduate Recruitment Program – 2023” layihəsi


  • Dərc edildi: 10 May, 2023 - 13:16
“Fresh Graduate Recruitment Program – 2023” layihəsi

Texnologiyalar sahəsində aparıcı şirkətlərdən olan Samsung Electronics Caucasus Company LLC Azərbaycan və Gürcüstan üçün “Fresh Graduate Recruitment Program – 2023” layihəsini açıq elan edir!
 
Proqramın məqsədi: Azərbaycan və Gürcüstanın aparıcı Ali Təhsil Müəssisələrindən Bakalavr pilləsinin sonuncu kursunda və ya Magistr təhsili alan istedadlı və seçilmiş gəncləri işlə təmin etmək.
Mövcud iş imkanları: Marketinq, Təchizat və Məhsulun idarə edilməsi sahələrində.

Biz sizə təklif edirik:
1. Bazarda aparıcı şirkətlərin birində əvəzolunmaz iş təcrübəsi qazanmaq imkanı;
2. Liderlik bacarıqlarınızı və peşəkar biliklərinizi tətbiq edə bilmə imkanı;
3. Rəqabətli əmək haqqı və tam təmin olunmuş iş şəraiti

Proqram haqqında:
1. Son müraciət tarixi – 20 May, 2023
2. İlkin imtahan – 25 May, 2023
3. Case-study / Qrup müsahibə - İyun, 2023
4. İlkin mərhələləri uğurla keçən namizədlərlə yekun müsahibə - İyun – İyul 2023
5. İşə qəbul – 1 Avqust, 2023

Namizədlərə dair tələblər:
1. Ali təhsil (Bakalavr/Magistr 2023/2022);
2. İxtisas: Marketinq, İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, habelə Riyazi, Fizika və texniki ixtisaslar;
3. Marketinq, Təchizat və Satınalma və Məhsulların idarə edilməsi sahəsində işləməyə maraq;
4. İngilis dili biliyi – B2 səviyyəsi
5. GPA: 3.5-4

Müraciət üçün CV-nizi (İngilis dilində), mövzu hissəsində “Fresh Graduate Recruitment Program” qeyd etməklə [email protected] elektorn ünvanına göndərməyiniz xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 315
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...