Bazar, 11 May, 2025

“İrəli” İctimai Birliyi 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir


  • Dərc edildi: 16 Sentyabr, 2022 - 11:25
“İrəli” İctimai Birliyi 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir

“İrəli” İctimai Birliyi 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir

 

“İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, o cümlədən yeni bilik və bacarıqların əldə olunmasına dəstək məqsədi ilə 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir.

Birliyin Mətbuat xidmətindən Edumap.az-a bildirilib ki, təcrübə proqramında iştirak etmək istəyən gənclər qurumun Mətbuat, Layihələrlə iş, Təhsil və təlim, Beynəlxalq əlaqələr və Üzvlərlə iş katiblikləri, habelə “İrəli” Media Mərkəzi üzrə qeydiyyatdan keçə bilərlər. Proqrama qoşulmaq istəyən gənclərin seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və müsahibələrin keçirilməsi üzrə aparılacaq.

Təcrübə proqramına 17-25 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər. Üç ay davam edəcək müddətini uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, təcrübə proqramı ödənişsiz şəkildə həyata keçirilir və müraciətlərin qəbulu 22 sentyabr 2022-ci il tarixinədək davam edəcək. Qeydiyyatdan keçmək istəyən gənclər aşağıdakı linkə keçid edə bilərlər: https://bit.ly/3RODpFs 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 321
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 750
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 384
Xaricdə təhsil almaq...