Şənbə, 10 May, 2025

"İnsan resursları üzrə mütəxəssis" vakansiyası


  • | Dərc edildi: 1 May, 2025 - 13:27
"İnsan resursları üzrə mütəxəssis" vakansiyası

Azersun Holdingdə "İnsan resursları üzrə mütəxəssis" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq. 



CV-nizi tələblərlə tanış olduqdan sonra [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsinə "İnsan resursları üzrə mütəxəssis" yazaraq göndərə bilərsiniz.

 Tələblər:
 Ali təhsil (İqtisadiyyat, Menecment, İnsan Resursları və s.)
 MS Office, SAP, Elektron Hökumət Portalı üzrə biliklər
 AR Əmək qanunvericiliyinin əsaslarını bilməli
 Əlaqədar sahədə minimum 1 il iş təcrübəsi

İngilis və ya rus dili biliyi üstünlükdür

 Əsas vəzifələr:

•  Vəzifə dəyişikliyinin həyata keçirilməsi, məzuniyyətlərin verilməsi 
•  İşçilərlə əlaqədar əmrlərin hazırlanıb, imzalanması və icraçılara düzgün çatdırılması işini təşkil etmək;
•  İşdən azad olunan işçilərin sənədlərini qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlamaq və elektron (dövlət) qeydiyyatını aparmaq; 
•  Hər vəzifəyə aid vəzifə təlimatının aidiyyatı strukturun iştirakı ilə hazırlamaq və təsdiq etdirmək;
•  Əlavə iş saatı ilə işləyən işçilərin davamiyyətini yoxlamaq və əlavə saatların ödəniş edilməsi üçün rəsmiləşdirmə işlərini həyata keçirmək;
•  İşçilərin illik məzuniyyətlərinin planlanmasını hazırlamaq, növbəlilik cədvəllərinin və əvəzetmə planlarını tərtib etmək və onların icrasını təqib etmək;
•  Dövlət orqanları ilə rəsmi əməliyyatların yerinə yetirilməsi və hesabatların hazırlanması.

İş yeri: Bakı şəhəri

 İnsan resursları sahəsində bilik və bacarıqlarınızı Azersun Holding kimi peşəkar və inkişafyönümlü mühitdə tətbiq etmək istəyirsinizsə, elə indi müraciət edin!
 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...