Şirkət: PROSYS MMC
İş yeri: Bakı, Azərbaycan
İş növü: Tam ştat (full-time)
Prosys MMC, qabaqcıl İT xidmətləri və proqram təminatı sahəsində fəaliyyət göstərən innovativ bir şirkətdir. Texnoloji layihələrə uyğun maliyyə uçotu və optimallaşdırma sahəsində təcrübəli mühasib axtarırıq.
Analitik düşüncə və diqqətlilik;
Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə biliklər;
Mühasibatlıq, maliyyə və ya əlaqədar sahədə ali təhsil;
Minimum 3 il iş təcrübəsi (İT xidmət sahəsində uçot prinsipləri və layihə əsaslı uçot təcrübəsi üstünlükdür);
1C (8.3), SAP, QuickBooks və Excel kimi mühasibat proqramları ilə işləmə bacarığı;
Vergi qanunvericiliyi, abunəlik və rəqəmsal məhsulların uçotu üzrə biliklər;
Komanda ilə işləmə və məsuliyyətli yanaşma bacarığı;
İngilis və ya Rus dili bilikləri üstünlükdür;
IFRS və ya beynəlxalq maliyyə standartları üzrə biliklər üstünlükdür.
Şirkətin maliyyə əməliyyatlarının, abunəlik və birdəfəlik xidmətlərin uçotunun aparılması və sənədləşdirilməsi;
Balans, mənfəət və zərər, pul axını və layihə əsaslı hesabatların hazırlanması;
Vergi bəyannamələrinin, DSMF hesabatlarının və digər rəsmi hesabatların tərtib edilməsi və təqdim olunması;
Bank əməliyyatlarının və kassa qeydlərinin izlənməsi, dövri uzlaşdırmaların aparılması;
Abunəlik əsaslı gəlir tanınması və rəqəmsal məhsulların (proqram təminatı, mobil tətbiqlər və s.) uçotunun aparılması;
Maliyyə məlumatlarının təhlili və rəhbərliyə hesabatların təqdim olunması;
Şirkətin daxili mühasibat prosedurlarının və yerli vergi qanunvericiliyinə uyğunluğunun təmin edilməsi.
Biz sizə nə təklif edirik?
Rəqabətli əmək haqqı (bilik və təcrübəyə uyğun olaraq)
Həftənin 5 günü iş rejimi (09:00 - 18:00, istirahət günləri: şənbə, bazar)
Peşəkar inkişaf və innovativ layihələrdə iştirak imkanı
Dostyana və dinamik iş mühiti
Vakansiya sizi maraqlandırırsa və tələblərə uyğunsunuzsa, mövzu yerində “Mühasib” yazaraq CV-nizi [email protected] e-mail ünvanına göndərin.
Texnoloji biznesin maliyyə sistemlərini idarə etməyə və innovativ mühitdə çalışmağa hazırsınız? O zaman biz sizi komandamızda görmək istəyirik!
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb