Bazar, 11 May, 2025

"Proqram təminatlarında UX/UI Dizayner" vakansiyası


  • Dərc edildi: 2 May, 2024 - 11:30
"Proqram təminatlarında UX/UI Dizayner" vakansiyası

PROSYS MMC-də "Proqram təminatlarında UX/UI Dizayner" vakansiyası aktivdir.
İş barədə məlimat:
PROSYS MMC-nin 14 ədəd proqram təminatı məhsullarının inkişaf etdirilməsi istiqamətində SCRUM komandasında Product Owner rolunu icra edərək aşağıdakı öhdəliklərin yerinə yetirilməsi:
·        Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili;
·        Biznes tələblərin qeydə alınıb analiz olunaraq SCRUM komandasına ötürülməsi;
·        Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması;
·        Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması);
·        Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri;
·        Texniki tapşırıqların SCRUM komandası ilə müzakirə edilməsi;
·        Tələblərin izlənilməsi;
·        Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi;
·        Biznes tələblərinə görə hesabatların hazırlanması;
·        Yeni funksionallığın test olunması;
·        Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması;
·        Daim yeni texnologiyalar haqqında bilik sahibi olması;
·        Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi.

Namizədə olan tələblər:
•     Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
•     Minimum 3 il iş təcrübəsi;
•     Proqram təminatlarında UX/UI və ya oxşar sahədə iş təcrübəsi;
•     Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək;
•     Biznes və texnologiyanın tələblərini anlamaq;
•     Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
•     Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər;
•     Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər üstünlük təşkil edəcəkdir;
•     Figma, XD və oxşar proqram təminatlarını yaxşı bilmək
İş şəraiti:
• İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. İstirahət günləri: şənbə, bazar
• Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Proqram təminatlarında UX/UI dizayner” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...