TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzi (QRTM), Kadr hazırlığının təşkili Mərkəzi (KHTM) , Qala Təlim Tədris Mərkəzi (QTTM) və Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə aşağıdakı şərtlərə cavab verən gənclər iştirak edə bilərlər:
“Mühafizəçi” peşəsinə müraciət edənlər üçün əlavə şərtlər:
100 (yüz) metr - 15 saniyə
1000 (min) metr - 4 dəqiqə
II tura – müsahibə mərhələsinə gələn namizəd aşağıdakı sənədlərin əslini təqdim etməlidir:
III tur- Test imtahanında riyaziyyat üzrə 20, fizika üzrə 10, Tarix və ümumi dövlətçilik üzrə 5, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 40 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavabınız ümumi nəticəyə təsir etməyəcəkdir.
Şagirdlərin təhsil müddətində təminatları:
Qeyd 1 : Tədrisi STTM-də təşkil olunan peşələr üzrə Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olanların müraciətlərinə üstünlük veriləcəkdir.
Qeyd 2 : Orta ixtisas, ilk peşə və ali təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.
Qeyd 3 : Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş amma üzrsüz səbəbdən oxumaqdan imtina etmiş namizədlər, təlim mərkəzindən xaric olunan şagirdlər və təlim mərkəzlərinin məzunları müraciət edə bilməzlər.
Qeyd 4 : Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal müsabiqədən kənarlaşdırılacaqdır.
Qeyd 5 : SOCAR təlim mərkəzlərini bitirən şagirdlərin işlə təmin olunmaları ilə bağlı öhdəçilik daşımır.
Müraciətlər elektron formada qəbul olunur. Elektron müraciət formasını "Müraciət et" bölməsindən doldura bilərsiniz.
Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yaza bilərlər.
Əlaqə nömrələri: (012) 521-00-00 (daxili: 48-049 / 48-056)
Müraciət üçün son tarix: 15 aprel 2024
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb