Bazar, 11 May, 2025

İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi Hüquq və Tənzimləmələr departamenti direktoru vakansiyasını elan edir!


  • Dərc edildi: 4 Avqust, 2022 - 17:54
İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi Hüquq və Tənzimləmələr departamenti direktoru vakansiyasını elan edir!

İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi Hüquq və Tənzimləmələr departamenti direktoru vakansiyasını elan edir!

Vəzifələr:
- Agentliyin fəaliyyətinə hüquqi dəstəyin təmin edilməsi, Agentliyin fəaliyyətinin qanunvericiliyə uyğunluğuna dair rəylərin və ya arayışların verilməsi;
- Agentliyin fəaliyyət sahəsinə aid normayaratma fəaliyyətinin həyata keçirilməsi, hazırlanmış normativ hüquqi akt layihələri ilə əlaqədar olaraq prosesin izlənilməsi və nəzarətdə saxlanılması;
- Agentliyin fəaliyyət istiqamətlərinə uyğun normativ tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq hüquqi təcrübənin təhlil edilməsi;
- Departamentdaxili fəaliyyətin təşkili və departmentlərarası fəaliyyətin əlaqələndirilməsi;
- Təşkilat adından ölkədə və xaricdə yerləşən hüquqi və fiziki şəxslər qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil olunma;
- Müəssisənin fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında təmsilçiliyin yerinə yetirilməsi;
- Agentliklə bağlı müvafiq qeydlərin, hüquqi faktların və onlarda dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün fəaliyyətin təmin edilməsi;
- Agentlikdə dövlət orqanları tərəfindən aparılan yoxlamalarda iştirak edilməsi, aparılan yoxlamaların qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi;
- Müəssisədə hazırlanan hüquqi xarakterli sənədlərə, qaydalara, prosedurlara, əmrlərə və digər sənədlərə rəy verilməsi, qanunvericiliyə uyğunluğunun yoxlanılmasının və tələb olunduqda bu sənədlərin hazırlanmasının təmin edilməsi;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanmasının təmin edilməsi;
- Yerli və xarici müqavilələrə dair rəylərin verilməsi, müqavilə layihələrinin hazırlanması;
- Agentliyin hüquqi maraqlarının müdafiəsi üzrə hüquqi işlərin təşkil edilməsi;
- Agentliyi məhkəmədən qabaq və məhkəmədə təmsil edilməsi, pretenziya və iddialarla bağlı müvafiq sənədləşmənin və prosessual hərəkətlərin aparılması;
- Məhkəmə qərarlarının icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi.
 
Namizədə dair tələblər: 
- Ali hüquqi təhsil (magistr təhsili olanlara üstünlük veriləcəkdir)
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübənin olması;
- İdarəçilik və araşdırma qabiliyyəti;
- Azərbaycan dili yüksək səviyyədə, ingilis dili yaxşı səviyyədə, rus dili arzu olunandır;
- MS Ofis proqramlarından istifadə bacarığı;
 
Əmək haqqı namizədlə müsahibə zamanı müəyyən ediləcəkdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...