
Həm dərslər, imtahanlar tələbələrin yorulub stresslənməsinə səbəb olur. Stressdən yaxa qurtarmaq üçün isə insanlar həyatlarına hərəkət, əyləncə və rəngarənglik qatmalıdırlar. Çünki, hərəkətsizlik insan orqanizminə, sinir sisteminə mənfi təsir göstərir. Elmi araşdırmalar onu göstərir ki, aktiv həyat tərzi nəticəsində insan beyni xoşbəxtlik hormonu sintez edir. Bu da insanın stressdən və depressiyadan uzaqlaşmasına kömək edir.
Həyatınıza rəng qatacaq fəaliyyətləri Tripsome platformasından tapa bilərsiniz.
10 Azn və daha aşağı qiymətə əylənə biləcəyiniz fəaliyyətlər:
10. Snayper atıcılığı
Mərkəzimizdə optik nişangahlı tüfəng ilə atəş açmağı öyrənmək fokus, görmə qabiliyyətini genişləndirir, fiziki intizam və gücünüzü artırır. O həm də adrenalin hormonunun ifrazına səbəb olaraq sizə xoş və əyləncəli anlar yaşadır. Məşqlər "field target" və "benchrest" metodları ilə baş tutur. Mərkəzimizdə təlim keçdikdən sonra peşəkar atıcı kimi Respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edib dərəcə qazana bilərsiniz. (Ətraflı məlumat və bilet üçün linkə klik edin).
9. Fulldome cinema
Burada siz filmləri alışdığınız kinoteatrlardakı ekranlardan fərqli olaraq, astronomiya və əlaqəli sahələrdə maarifləndirici və əyləncəli şouları, ulduzların, planetlərin və digər göy cisimlərinin təsvirlərini izləyə biləcəyiniz ən son nəsil texnologiya ilə təchiz olunmuş yarımkürə qübbəli ekrandan izləyəcəksiniz. Yarımkürə qübbəli bu teatrda siz sanki göy cismlərini səmada izləyirsiniz. Göy cismləri ilə bağlı filmlərdən başqa, uşaqlar üçün cizgi filmlər də nümayiş olunur. Ödəniş uşaqlar üçün 3 Azn, böyüklər üçün 5 Azn-dir. Filmlərin seansı barədə məlumat və bilet əldə etmək üçün linkə keçid edin. (Ətraflı məlumat və bilet üçün linkə klik edin).
8. Badminton
Badminton tennisə bənzər idman oyunudur və 1992-ci ildən Olimpiya idman növü hesab olunur. Qaydalarının sadəliyinə, kiçik meydançada, çəmənlik və çimərliklərdə oynamaq imkanı olduğuna görə müasir badminton ən kütləvi idman oyunlarından birinə çevrilmişdir. Badminton oynamaq əzələ və sümükləri (daha çox ayaq və qol) gücləndirir, çevikliyi artırır, görmə qabiliyyətin artırır (volana fokuslanan göz əzələləri inkişaf edir). (Ətraflı məlumat və bilet üçün linkə klik edin).
7. Açıq havada film
Açıq havada - terrasda film keyfi üçün sizi Nərimanovdakı məkana dəvət edirik. Məkanın xoş aurası, neon işıqlarla bəzədilmiş divarları, rahat və sakit interyer sizə xoş təəssürat bəxş edəcək. Məkanda dadlı yeməklər və içkilər də servis olunur. Həftənin hər günü 2 dəfə filmlər nümayiş olunur. Nümayiş olunacaq filmlər əvvəlcədən elan olunur və siz sevdiyiniz film üçün bilet ala bilərsiniz. Eyni zamanda maraqlı tədbirlər, ad günləri qeyd etmək üçün də əla məkandır. 1 nəfər üçün ödəniş 10 azn, VİP ödəniş 15 azn-dir. VIP yerlərdə ön sırada pufiklərdə və ya divanlar yerləşir. Standart yerlərdə arxa sıralarda stollar və masalar yerləşir. (Ətraflı məlumat və bilet üçün linkə klik edin).
6. Atçılıq
Siz bu məkanda təlimçilərin müşayiətində at sürəcəksiniz. Həm böyüklər həm də uşaqlar ata minə bilərlər. İştirakçılar at ilə çöldə gəzintini bitirdikdən sonra atlarına yem verməyə icazə verilir. Gəzintinin vaxtı sizin uyğunluğunuza görə müəyyən edilir və gələcəyiniz vaxtı özünüz seçirsiniz. Atları oxşamaq və bəsləmək imkanız da olacaq (özünüzlə bir neçə yerkökü gətirməyiniz kifayətdir). Siz eyni zamanda rəngarəng bitkilərdən, quşlardan, sərin və təzə mehdən zövq alaraq atçılıq mərkəzinin təsərrüfatında gözəl mənzərələri seyr edə bilərsiniz. Ərazidə restoran və çay üçün kiçik bir kafe müstəqil fəaliyyət göstərir. Qiymət böyüklər və kiçiklər üçün də 10 Azn-dir. (Ətraflı məlumat və bilet üçün linkə klik edin).
5. Neon muzeyi
Neon Sənəti ultrabənövşəyi işığın altında neonun əks olunmasının təsirinə əsaslanan rəsmdir, onun parıltı illüziyası və 3D effekti sayəsində şəkillər canlanır. Fərid Ələkbərov, Azərbaycanın ən mühüm müasir rəssamlarından biridir və ən ikonik neon rəssamlarından biri kimi qəbul edilir. O dünyada ilk və yeganə Neon Sənət Muzeyinin təsisçisidir.
Bakının Novxanı kəndində yerləşən unikal Neon Sənət Muzeyi fasaddan interyerə qədər neon üslubda bəzədilmiş iki mərtəbədən ibarətdir. Muzeydə sözün əsl mənasında döşəmədən tavana kimi bütün səthlər ultrabənövşəyi şüalar altında parıldayan neon rəsmlərlə örtülmüşdür. Muzeydə normal və flüoresan rənglərin kombinasiyalarından istifadə edilmişdir ki, bu rənglər də işıq olmadıqda “işləyir” və qaranlıqda heyrətamiz parıltı effekti yaradır. Muzeyə hər gün fəaliyyət göstərir və giriş bileti 8 AZN təşkil edir. 4 nəfər və daha çox iştirakçının olduğu qrup şəklində səfərlər üçün bir nəfər üçün biletin qiyməti - 6 AZN təşkil edir. (Ətraflı məlumat və bilet üçün linkə klik edin).
4. Oxçuluq
Düzgün qamət, konsentrasiya və səbr qabiliyyətini aşılayan bu idman növü psixoloji rahatlıq tapmağa və eyni zamanda hədəfə fokuslanaraq məqsədlilik hissinin yaranmasında böyük rol oynayacaq. Fransadakı həkimlər hətta bəzi xəstələrə ox atmağı tövsiyə edirlər. Hər gün ən azı 30 dəqiqə məşq etməklə oxatanlar zehnini sakitləşdirir və ümumi rifahlarını artırmaq üçün bədənlərini işə cəlb edirlər. Oxçuluq həmçinin kalori yandırır və geniş əzələ kütləsini gücləndirir. Əslində, oxatanlar yayın çəkərək hər 30 dəqiqədə təxminən 100-150 kalori yandırırlar.
Bu fəaliyyətimizdə iştirakçılar Olimpiya idman növü olan oxçuluq ilə məşğul olurlar. Əvvəlcə yayın və oxun düzgün tutulma qaydalarını öyrəndikdən və təlimçinin praktik izahından sonra məşqçilərin nəzarətində sərbəst atışlar edirlər. 12 ədəd ox və təlim üçün qiymət 10 AZN-dir. (Ətraflı məlumat və bilet üçün linkə klik edin).
3. Beysbol
Beysbol Amerikan mənşəli, Amerika və Uzaq Şərq ölkələrində (xüsusilə Koreya və Yaponiyada) çox məşhur olan idman növüdür. Beysbol doqquz dövrədə oynanılır. İki komanda hər dövrədə bir müdafiə və bir hücum haqqından istifadə edir. Hücumdakı komanda oyunçularının hər birinə bir vuruş haqqı veriliir. Oyun, qonaq komanda hücum vəziyyətində, ev sahibi komanda müdafiə vəziyyətindəykən başlayır. Beysbol üçün qiymət 5 Azn-dir. (Ətraflı məlumat və bilet üçün linkə klik edin).
2. Ultimate frisbee
Ultimate Frisbee təmassız açıq hava oyunudur (qapalı zalda da oynanıla bilər). Eyni oyun daxilində bəylər və xanımlar oynaya bilər. Oyunun formatı frsibee diskinin komanda üzvləri arasında bir-birinə atılması və son müdaxilədə qapı içində tutulmasından ibarətdir. Oyunun ətraflı qaydaları hər dəfə sıfırdan izah edilir və oyun öncəsi təlim keçilir. Bu səbəbdən tamamən yeni oyun öyrənmək istəyənlər üçün ideal seçimdir. Frisbbe oyunları üçün ödəniş 10 Azn-dir. (Ətraflı məlumat və bilet üçün linkə klik edin).
1. Bubble soccer
Mütəmadi futbol oynayanlar üçün əsl məşq, əyləncə axtaranlar üçün əsl əyləncə! Daha çox gənclər arasında yayılmış yeni idman növlərindən biri Bubble soccerdir. Bu idmanla məşğul olarkən siz əzələlərinizi gücləndirir, elastikliyinizi artırır və stressi azaldırsınız. Əyləncə dolu oyun zamanı heç bir zədə alma ehtimalı yoxdur. Maksimum 5x5 nəfərə oynamaq mümkündür, hər bir komanda üzvü xüsusi topu bədəninə geyinir, yalnız ayaqları açıq qalır. Yıxılmalar və zərbələr zamanı iştirakçılar tam təhlükəsiz olur. Bubble soccer üçün hər nəfər üçün standart biletin qiyməti 8 Azn-dir. (Ətraflı məlumat və bilet üçün linkə klik edin).
Tripsome - 100+ əyləncəyə bilet bir platformada.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur