Bazar, 11 May, 2025

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İngilis dili müəllimi vəzifəsi üzrə açıq vakansiya elan edir


  • Dərc edildi: 9 Yanvar, 2023 - 16:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İngilis dili müəllimi vəzifəsi üzrə açıq vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

Görəcəyiniz işlər:

  • Əməkdaşlara müxtəlif səviyyələr üzrə ingilis dilinin tədrisi;
  • Ev tapşırıqların verilməsi və yoxlanılması;
  • Tədris zamanı davamiyyət və təşkilati məsələlər haqqında məlumatların toplanması;
  • Tədrisdə yeni metod və yanaşmaların tətbiq edilməsi;
  • Danışıq qruplarının təşkili və aparılması;
  • Tədris proqramlarının müxtəlif səviyyələr üzrə hazırlanması;
  • Tədris prosesində meydana çıxan sualların cavablandırılması və həll edilməsi;
  • Əməkdaşların bilik səviyyəsinin qiymətləndirilməsi;
  • Vəzifə funksiyaları üzrə müxtəlif məzmunlu hesabatların hazırlanması.

Bizim üçün uyğun namizəd:

Advertisement
  • Müvafiq sahə üzrə ali təhsil;
  • İngilis tədrisi və danışıq klublarının aparılması üzrə minimum 3 il iş təcrübəsi;
  • Qruplarla işləmək və korporativ ingilis dili təlimləri üzrə təcrübə;
  • İngilis dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək səviyyədə təqdimat və ünsiyyət bacarığı;
  • Vaxtın idarə edilməsi bacarığı;
  • Məsuliyyətli və intizamlı;
  • İngilis dilinin tədrisi üzrə qabiliyyəti təsdiq edən beynəlxalq sertifikatların olması (dili səviyyəsini təsdiq edən beynəlxalq sertifikatların olması üstünlükdür (TOEFL (100-120) / IELTS ( 7-7.5)).

Əlavə məlumatlar:

  • İş qrafiki və iş vaxtı: razılaşdırma ilə.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 16.01.2023-cü il;
  • CV-lər [email protected] ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 317
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 738
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 381
Xaricdə təhsil almaq...