Bazar, 11 May, 2025

Şəhid Məhəmmədəli İbrahimli İnkişaf Proqramına qeydiyyatı açıq elan edirik!


  • Dərc edildi: 5 İyun, 2024 - 14:42
Şəhid Məhəmmədəli İbrahimli İnkişaf Proqramına qeydiyyatı açıq elan edirik!

Şəhid Məhəmmədəli İbrahimli İnkişaf Proqramına qeydiyyatı açıq elan edirik!



Keçən 28 may 3-cü dəfə keçirdiyimiz Məhəmmədəli İbrahimli Təqaüd Proqramını uğurla başa vurduq. Bu il ilk dəfə olaraq tələbələr üçün İnkişaf Proqramı elan edirik. Məhəmmədəli İbrahimli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə 13 oktyabr 2020-ci ildə 23 yaşında Şəhidlik zirvəsinə ucalıb. Onun dəyərləri və həyat missiyasının yaşadılması üçün təşkil olunan proqram çərçivəsində 23 tələbənin seçilərək inkişaf etdirilməsi nəzərdə tutulub.

İnkişaf proqramı çərçivəsində nələr nəzərdə tutulub?
- Karyera və şəxsi inkişaf istiqamətində təlimlər (sentyabr-dekabr)
- İnkişaf istiqamətinizə uyğun peşəkar mentorların dəstəyi (sentyabr-may)
- Ekspertlərlə görüşlər və şəbəkələşmə imkanı (oktyabr-may)

Proqrama müraciət üçün aşağıdakı kriteriyaların hər birinə sahib olmağınız lazımdır:
- 2024/2025-ci tədris ilində 2 və 3-cü kurslarda təhsil alacaq bakalavr tələbəsi olmaq
- Sosial və akademik aktivliyi olan, eləcə də cəmiyyətə faydalı işlərlə fərqlənən tələbələr
- ÜOMG 80% və üzərində olması

Əgər yuxarıdakı kriteriyalara sahibsinizsə, proqramdan faydalanmaq üçün aşağıdakı keçiddən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz:
 

Müraciət et


Qeydiyyat üçün son tarix: 15.07.2024 - 23:59

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 315
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...